Vətəndaşlıq borcu -Milli maraqların qorunması
12.10.2022 [10:07]
Nicat
Hər bir cəmiyyətin əsas vəzifələrindən biri də ictimai və dövlət maraqlarının qorunması, müdafiəsidir. Böyük əhəmiyyətə malik olan hər iki anlayış bütün dövrlər üçün aktuallığını qoruyub saxlamaqdadır. Qeyd edilməlidir ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Eyni zamanda, ictimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Məhz bu səbəbdəndir ki, dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Siyasi ekspertlər, politoloqlar ictimai və dövlət maraqlarının qorunmasını təmin edən faktorlar sırasında sabitlik amilinə xüsusi diqqət yetirirlər. Qloballaşmanın yaratdığı geosiyasi fırtınalardan daha çox əziyyət çəkən subyektlər milli dövlətlərdir. Ələlxüsus, ictimai-siyasi sabitliyin pozulması halları dövlətin əsas strateji dayaqlarının sarsılmasını şərtləndirir. Bugünkü reallığa nəzər yetirdikdə ayrı-ayrı regionlar və ölkələrin timsalında mənzərənin qanlı, bulanıq, acınacaqlı, hətta faciəvi olduğunu aydın şəkildə görmüş oluruq. Böyük fəxarət hissi ilə demək olar ki, ölkəmizin təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Dövlət başçımız tərəfindən aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın sabitlik modeli ən parlaq, aydın nümunəyə, etalona çevrilib. Bu yerdə ölkəmizdəki multikulturalizm siyasətini xüsusi qeyd etməkdə böyük fayda var. Məhz ölkəmizdə mövcud olan bu sabitlik mühiti multikulturalizmin mövcudluğu və multikultural dəyərlərin təbliği üçün etibarlı zəmin yaradır. Başqa sözlə, əminliklə deyə bilərik ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzinə çevrilib.
Önəmli olan digər məsələlərdən biri ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların həmrəylik, birlik nümayiş etdirmələridir. Azərbaycandakı siyasi partiyalar milli məsələlərdə vahid, ümumi yanaşma ortaya qoymaqdadırlar. Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövrü həm də deyilənlərin aydın şəkildə ortaya qoyulduğu tarixi anlar kimi yaddaşlarımızda qaldı. Müharibə dövründə ölkəmizdə mövcud olan siyasi həmrəylik daha da gücləndi, müxtəlif siyasi qüvvələrin birliyi daha da möhkəmləndi. Prezident İlham Əliyevin hələ Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb, bu isə milli həmrəyliyə böyük töhfə olub.
Dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. Maraqların qorunması, eləcə də təhlükəsizliyin yüksək səviyyədə müdafiəsi, təmin edilməsi üçün ölkə əhalisinin - vətəndaşların maariflənməsi ən əsas şərtlərdən biri, bəlkə də elə birincisidir. Tutduğu vəzifəsindən, pozisiyasından asılı olmayaraq - hər kəs Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük diqqət göstərir, xüsusi həssaslıqla yanaşır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxışlarında bu məsələni dəfələrlə vurğulayıb. Ölkə rəhbəri xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərində daim mətbuatın milli maraqlardan çıxış etməli olduğunu aktual məsələ kimi vurğulayıb. Təbii ki, KİV nümayəndələri öz fəaliyyətlərində dövlət başçısının “Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq” fikrinə hər zaman əməl etməlidir.
Qeyd edilən bütün məqamlardan yalnız bir nəticə çıxır: hər bir vətəndaş milli maraqların qorunmasında məsuliyyətli davranmalıdır, başqa sözlə, bu, hər birimizin borcu və vətəndaş öhdəliyidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

