Uşaqları zərərli informasiyalardan necə qoruyaq?
24.11.2022 [10:41]
Çıxış yolu...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Nicat DİLQƏMLİ
İnternet məkanından düzgün, faydalı şəkildə istifadə son dövrlər ən çox müzakirə edilən mövzulardan biridir. Həm dünyada, həm də ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı mütəmadi olaraq təlimlər, seminarlar təşkil olunur, insanların maarifləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Məlum olduğu kimi, hər kəs üçün açıq bir platforma olan internetin faydalı tərəfləri ilə yanaşı xeyli sayda zərərli təsirləri də mövcuddur. Təbii ki, bu gün internetin yaratdığı imkanlar nəticəsində bütün sahələrdə inkişaf, irəliləyiş çox sürətlə təmin olunur. Lakin nisbətən az məlumatlı olan şəxslərin bu və ya digər mənfi təsirlərlə üzləşməsi halları da az deyil.
Uşaqlara və gənclərə daha çox diqqət yetirilməlidir
Bu məqamda gəncləri və uşaqları xüsusilə qeyd etməkdə böyük fayda var. Hazırda bütün dünyada qeyd edilən yaş kateqoriyasına aid olan şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər görülür. Bundan başqa, mütəxəssislər internet sistemində müəyyən texniki dəyişikliklər etməyi də problemin həlli üçün ən effektiv vasitə hesab edirlər. Dünya təcrübəsində də analoji üsuldan istifadəyə geniş rast gəlinir. O da nəzərə alınmalıdır ki, informasiya təhlükəsizliyinin qeyd olunan yolla təmin edilməsi, həm də daha az vəsaitin xərclənməsi, eyni zamanda minimum vaxt itkisi qarşılığında maksimum effektiv nəticənin əldə olunması deməkdir. Təcrübə göstərir ki, adıçəkilən mövzuda təlimlər, seminarlar, kurslar təşkil edilsə də, nəticə etibarı ilə bu yaş kateqoriyasından olan şəxslərin internetdən istifadəsində müsbət mənada hansısa bir dəyişikliyə rast gəlinmir. Ən təəssüfverici məqam isə bundan ibarətdir ki, uşaqlar və gənclər bəzi hallarda onlara deyilənlərin əksini daha doğru hesab edərək hərəkət edirlər. Bu isə aylarla hazırlığı gedən, külli miqdarda vəsait xərclənməklə başa gələn layihənin uğursuzluğu ilə sonlanır. Məhz bütün bu məqamlar bir daha təsdiq edir ki, problemin birdəfəlik həlli üçün bu istiqamətdə müasir texnoloji imkanlardan istifadə edərək texniki dəyişikliklərin edilməsi, yəni internet məkanına müdaxilələrin olunması daha məqsədəuyğundur.
Bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında baş mütəxəssis Sabirə Ocaqverdiyeva “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda çıxış edib. Mövzunun aktuallığından bəhs edən məruzəçi deyib ki, virtual məkanda, əsasən də, sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternetdən asılılıq və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsvirlərin göstərilməsi halları ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.
Təhlükəsizliyi təmin etmək üçün mexanizmlər yaradılmalıdır
S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.
Tədqiqatçı bildirib ki, internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənib, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilib.
Göründüyü kimi, internet mühitindən düzgün istifadə edilməsi, informasiya savadlılığın artırılması və digər bu kimi mövzularda təşkil olunan müzakirələrin sayı heç də az deyil. Lakin unutmaq olmaz ki, maarifləndirmə işlərində yalnız və yalnız İKT sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirakı kifayət etmir. Həm uşaqların, həm də gənclərin internet məkanından faydalı şəkildə istifadə etmələri üçün hər birimiz öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Yalnız bu halda cəmiyyətin informasiya və kommunikasiya texnologiyalarından düzgün şəkildə istifadəsinə şahidlik edə bilərik.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

