Qüdrətli birlik naminə BÖYÜK QAYIDIŞ
13.01.2023 [10:48]
Yeganə BAYRAMOVA
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Yola saldığımız 2022-ci ildə həyata keçirilən mühüm işlər ölkəmizin gücünə güc qatdı. Ötən il Azərbaycanın xarici və daxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır, desək, yanılmarıq.
Dövlət başçısının dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.
Azərbaycan İkinci Qarabağ müharibəsində hərbi-siyasi Zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsini ötən il də uğurla davam etdirib. Tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa işləri uğurla davam etdirilib. İlk növbədə, Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir - xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla yanaşı, 10-dan çox kəndin Baş planı təsdiqlənib. “Böyük Qayıdış” Proqramında bütün planların öz əksini tapdığını deyən cənab Prezident əminliklə bildirib ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq. Döyüşməyi və qələbə çalmağı bacardığımız kimi, dinc quruculuq sahəsində də fenomenal nümunə göstəririk. Bütün bunlar böyük islahatçı imici ilə tanınmış Prezident İlham Əliyevin qurucu lider obrazını daha da dolğunlaşdırır.
Prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasının bir istiqaməti də Qarabağın dirçəlişi prosesinə aiddir. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Postmünaqişə dövründə ölkə başçısının Qarabağa ardıcıl səfərlər etməsi və aparılan bərpa-quruculuq işlərini yönləndirməsi Prezidentin “Böyük Qayıdış”ın sürətlənməsinə necə ciddi önəm verdiyinin göstəricisidir.
Azad Qarabağa ilk səfər 2020-ci ilin noyabrın 16-na, qələbədən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün sonraya təsadüf edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həmin gün bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıla səfəri Qələbənin nidası idi. Prezident bu səfərlə, əslində sevinc hisslərini doğma xalqı ilə bölüşmək məramını ifadə edib. Xalq qalib ordunun Ali Baş Komandanını bayramsayağı coşğu ilə qarşılayıb. Burada bir detalı xatırlatmaq vacibdir ki, həmin vaxt Ermənistanda Nikol Paşinyanın öz xalqından gizləndiyi, mənfur erməni siyasətinin birdəfəlik puç olduğu günlər idi. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev isə Böyük Zəfərin müəllifi kimi alqışlanır, camaata gözaydınlığı verirdi.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan ilk layihə Füzuli-Şuşa avtomobil yolunun salınmasıdır. Hərbçilərimizin müzəffər yürüşü məhz bu istiqamətdəki cığırlardan başlamışdı. Deputat qeyd edib ki, qələbədən bir həftə sonra artıq Alxanlı qəsəbəsindən Qarabağın tacı Şuşaya çəkilməyə başlanan həmin magistrala “Zəfər yolu” adı verilib: “Prezident Füzuli və Cəbrayıl şəhərlərində şanlı Azərbaycan bayrağını qaldırıb. Xudafərin körpüsünə gələrək onun da üzərinə bayrağımızı sancıb. Düşmənin dağıtdığı yerlərə işarə edərək bunu yalnız şər qüvvələrin edə bildiyini söyləyərək demişdi: “Erməni vəhşiliyinin canlı şahidləridir bu dağılmış evlər... Bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq”.
Tez-tez Qarabağa səfər etməsi, böyük infrastruktur layihələrinin təməlini qoyması, dost və tərəfdaş ölkələrin şirkətlərini Qarabağa investisiya yatırmağa dəvət etməsi bir daha Prezidentin məramının məhz Qarabağı yenidən cənnətə çevirmək olduğunu göstərir. Elə dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli sərəncamı da bu amala xidmət edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

