Dövlətçilik tariximizin banisi!
12.04.2023 [11:00]
Heydər Əliyev fenomeni…
Yeganə BAYRAMOVA
Hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olub. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevdir. Hazırda bütün azərbaycanlılar dövlətiçilik tariximizin yaradıcısı olan Ulu Öndərin anadan olmasının 100-cü ilini ehtiramla qeyd edirlər. Heydər Əliyevin bizlərə bəxş etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olub. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda onun fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Bu baxımdan Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək gələcək nəsillərin qarşısında duran ən vacib və qlobal məsələdir.
Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapıb. O, dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqini də həyata keçirib. Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. O, müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırıb. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir.
Heydər Əliyev Azərbaycan dövlətçiliyi haqqında nəzəri-təcrübi konsepsiyasında 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərliyi mühüm yer tutur. O, SSRİ rəhbərlərindən biri olduğu dövrdə də Azərbaycan dövlətçiliyi naminə böyük işlər görüb. 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycanın dövlətçiliyinə də zərbə oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yeni mərhələyə qədəm qoydu. 1990-cı ilin yanvarında Azərbaycandakı milli-azadlıq hərəkatı qan içində boğuldu. Belə bir dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin lideri kimi onun bütün ağırlığını öz üzərinə götürdü. Onun Moskvadan Bakıya, buradan isə Naxçıvana qayıtması ilə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Naxçıvanda Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi əhəmiyyətə malik tədbirlər görüldü.
Dövlət müstəqilliyinin bərpası onun həyata keçirilməsindən daha çətin və mürəkkəb bir proses idi. Yalnız Heydər Əliyev müstəqil dövlət quruculuğunun həyata keçirilməsini təmin edə bildi. 1993-cü ilin iyununda Qurtuluş hərəkatı ilə Azərbaycanda yenidən hakimiyyətə gəldi. Beləliklə, Azərbaycan sözün əsl mənasında müstəqil dövlət quruculuğuna başladı. Həyata keçirilən islahatlar nəticəsində dövlət müstəqilliyimiz geridönməz xarakter aldı. Ermənistanla döyüş meydanlarında ilk qələbə qazanıldı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycanda dövlət quruculuğu konstitusion baza əldə etdi. Heydər Əliyev Azərbaycan Respublikasında müasir dövlət quruculuğu sahəsində misilsiz xidmətləri ilə birgə, onun perspektiv inkişaf istiqamətlərini də müəyyən etdi.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu öndər düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə vətəndaşları düşündürən məsələləri uğurla həll edib. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdəki vəzifələri məharətlə həyata keçirib.
Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının vacib və şərəfli vəzifəsidir.
Mövzu: “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

