Sabitliyin təməli - milli birlik
13.05.2023 [11:12]
Nicat Dilqəmli
Sürətlə dəyişən dünya düzənində qeyri-sabitlik, münaqişələr, təlatümlər, qarşıdurmalar geniş vüsət alıb. Bu qarşıdurmalar ölkələrin bir çoxunda istər siyasi, istərsə də dini, milli, etnik, məzhəb zəmində və digər bu kimi səbəblərdən dolayı törədilir. Sevindirici və bir o qədər də fərəhləndirici məqam isə bundan ibarətdir ki, Azərbaycanda hər hansı bir qeyri-sabitlik ümumiyyətlə müşahidə olunmur. Şübhəsiz ki, ölkə daxilində hökm sürən firavanlıq səbəbindən sabitlik adası adlandırılan Azərbaycanda bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır. Bu amil cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə bərabər, hərtərəfli tərəqqinin vacib predmetidir.
Xalqın vahid şəkildə birləşməsinin təməlində isə azərbaycançılıq ideologiyası dayanır. Azərbaycançılıq ideologiyasının əsasının qoyulması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, məhz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması istiqamətində strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, - deyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri isə azərbaycançılığın təməl şüarına çevrilib.
Dünya azərbaycanlılarının vahid ideya uğrunda birləşməsi, təşkilatlanması və bu kimi digər önəmli məsələlər bu gün də dövlətin müəyyən etdiyi prioritetlər sırasında ilk yerdə qərarlaşıb. Ulu Öndərin layiqli davamçısı, Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli siyasi fəaliyyət nəticəsində bu gün Azərbaycanda siyasi birlik özünü daha qabarıq formada göstərməkdədir. İstər şərəf, ləyaqət, zəfər tariximiz olan 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr, istərsə də digər ümummilli məsələlərdə xalqın bir amal uğrunda sıx birləşməsi, dövlətinin yanında olması, ona ən müxtəlif yollarla dəstək nümayiş etdirməsi və bu kimi digər bir çox məqamlar müasir dövr üçün ən aydın, parlaq nümunələr hesab olunur.
“Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemləşdirilməsi və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Kifayət qədər böyük tarixi ənənələrinin olmasına baxmayaraq, azərbaycançılıq ideyası məhz Ulu Öndərimizin səyləri və gərgin çalışmaları nəticəsində yeni ictimai-siyasi dövrün fəlsəfi ifadəsi kimi formalaşmışdır. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib. N.Həmzəyev qeyd edib ki, Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.
Ölkə rəhbərinin bu ideologiyaya sadiqliyindən söz açan millət vəkili xalq həmrəylinin bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib: “Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu, məhz Onun yorulmaz fəaliyyəti nəticəsində vahid konsepsiya şəklinə salınan azərbaycançılıq ideologiyasına sadiqdir. Dövlət başçımızın müxtəlif vaxtlarda “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz birlikdə güclüyük” kimi bütün azərbaycanlıların şüarına çevrilən ifadələr ölkə rəhbərinin bu ideologiyaya olan münasibətini bir daha ifadə edir.
Fikrimcə, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların sıx şəkildə vahid bir amal uğrunda birləşməsinin, xalqın həmrəylinin ən parlaq nümunəsi 44 günlük Vətən müharibəsidir. Harada yaşamasından, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün soydaşlarımız birlik nümayiş etdirərək dövlət başçımızın dəmir yumruğu ətrafında möhkəm birləşdilər. Onun nəticəsidir ki, Azərbaycan ön cəbhə ilə bərabər arxa cəbhədə də parlaq qələbəyə imza atdı. Bu, bizim birliyimizin, həmrəylimizin ən gözəl, ən qürurlandırıcı nümunəsidir. Əminəm ki, bu birlik bundan sonra da güclənəcək”.
“Ümumiyyətlə, qeyd edim ki, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir”, - deyə deputat fikirlərinə əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

