Milli dövlətçilik məfkurəsi...
10.06.2023 [11:16]
Azərbaycan dünyaya yeni model təqdim edir
Tariximiz, mədəniyyətimiz, milli adət-ənənələrimiz zənginliyi və ölməzliyi ilə möhtəşəmdir. Bu gün Azərbaycan özünün yeni dövrünü yaşayır. Əsas dayaq nöqtəmiz isə dövlətçilik ənənələrimiz, zəngin mədəniyyətimizdir.
Bu gün Azərbaycanın dövlətçilik tarixi, elm-mədəniyyəti uğurla təbliğ edilir. Ulu Öndər əbəs yerə deməmişdi ki, “Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir”. Doğrudur, Azərbaycan xalqının milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan millət vəkili Nəsib Məhəməliyev bildirib ki, qədim və orta əsrlərdən bəri qonşu və uzaq dövlətlərin Azərbaycan mədəniyyəti haqqında təsəvvürü olub. Deputat qeyd edib ki, ölkəmizə gələn səyyahlar, diplomatlar, sənətkarlar öz ölkələrinə Azərbaycan mədəniyyəti, adət-ənənələri, dövlətçilik örnəkləri ilə bağlı kifayət qədər bilgi apara bilib: “Eyni zamanda Azərbaycan mədəniyyətinin çeşidli nümunələrini öz ölkələrinə daşıyıblar. Bu gün dünyanın bir sıra nüfuzlu muzey və kitabxanalarında xalqımıza aid incilər-qədim əlyazmalar, kitabələr, əşyalar, xalçalar, musiqi alətləri və s. saxlanır. Uzun zamanlar bu nümunələr xarici muzeylərdə başqa xalqların adı ilə təqdim edilib. Acı da olsa belədir... Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız milli-mədəni dəyərlərimizə, soykökümüzə yenidən qayıtdı və bizim olanlara sahib çıxmağa başladı”.
Parlament üzvünün fikrincə, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sahəsində görülən işlər misilsizdir. Bu gün Azərbaycan mədəniyyəti həm ölkə, həm də beynəlxalq səviyyədə ən müxtəlif istiqamətlərdə təbliğ olunur: “Artıq bütün dünya bilir ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi, zəngin tarixi, bənzərsiz mədəniyyəti, adət-ənənəsi, böyük dayaqları olan elmi var. Bütün bunların təbliği sahəsində görülən işlər sırasına beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi, simpoziumların, konfransların, toplantıların təşkili və başqa məsələlər daxildir. Azərbaycan mədəniyyəti dünyanın ən böyük ölkə və şəhərlərində təbliğ edilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev çıxışlarında vətəni sevməyi insanlara tövsiyə edirdi: “Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır”- deyirdi.
Müasir Azərbaycan dövləti qədim dövlətçilik ənənələrinə olduqca sayğı ilə yanaşır və o dövrlərin tarixinin araşdırılmasına böyük maraq göstərir. Bu da Azərbaycan elmi qarşısında yeni üfüqlər açır. Azərbaycan elmi tarixi həqiqətləri araşdırıb öyrənir və təbliğ edir. Azərbaycanın zəngin elm tarixinin mövcud olduğunu bilirik, bu gün həmin elm xəzinəsi də yenidən araşdırılır, nəşr edilir. Dövlətçilik tariximizə qayıdış o anlama gəlir ki, biz əcdadlarımızın zamanın ayaqları altında gizlənən izlərini tapmışıq və onların getdiyi yola süvar olmuşuq”.
N.Məhəməliyevin sözlərinə görə, bu gün Azərbaycan xalqının əksər nümayəndələri tariximizin müxtəlif mərhələləri, həmçinin 30 illik müstəqillik dövrü barədə kifayət qədər məlumatlıdırlar: “Hesab edirəm ki, müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandanın rəhbərliyi altında Zəfər çaldı. Bu, Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan diqqəti kimi dəyərləndirilməlidir.
Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği təəssüf doğurur. Yəni, milli dəyərlərimizlə uzlaşmayan elementlərin təbliği qəbuledilməzdir. Lakin biz istəsək də, istəməsək də, bu prosesin içindəyik və qloballaşmanın dalğası ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Sözsüz ki, qloballaşma nəticəsində bir çox xalqların, etnik qrupların dilləri və adət-ənənələri itib gedəcək. Deməli, yalnız o dövlətlər və xalqlar öz dilini, adət-ənənələrini qoruyub saxlaya biləcəklər ki, onlar öz tarixini yaşadır, milli-mənəvi dəyərlərini, elm-mədəniyyətini və folklorunu daim təbliğ edir. Milli kimliyini mühafizə edərək gənc nəsilə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

