Praqmatik siyasət, qalib Ordu...
08.07.2023 [11:24]
Prezident həqiqətləri dünyaya diktə etdi!
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb.
Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 21-ci əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Yeni reallıqlar rifah və inkişaf vəd edir
Mövzu barədə “Yeni Azərbaycan”a danışan millət vəkili İlham Məmmədov bildirib ki, Azərbaycan tarixi Zəfər əldə etməklə olduqca mühüm geostrateji reallıqlar yaradıb. Onun sözlərinə görə, bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır: “Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
Ölkəmiz mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu.
Prinsipial mövqeyimiz dünyaya çatdırıldı
Parlament üzvü qeyd edib ki, postkonflikt mərhələsində Azərbaycan dövləti tərəfindən görülən işlər - irəli sürülən strateji təşəbbüslər möhtəşəm tarixi qələbəmizin möhkəmləndirilməsi, ölkəmizin informasiya-təbliğat və diplomatiya müstəvisində mövqeyinin gücləndirilməsi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev müxtəlif tədbirlərdə tarixi-siyasi reallıqları diqqətə çatdıraraq Azərbaycanın prinsipial mövqeyini dəfələrlə ifadə edib. Xüsusilə də, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı geniş auditoriyaya xitab edən transmilli media orqanlarına müsahibələr verməklə, ölkəmizin prinsipial mövqeyini ifadə etməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı müxtəlif tədbirlər zamanı çıxışlarında postkonflikt mərhələsində də regional təhlükəsizlik və əməkdaşlıq məsələsinə, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüanslara dair konkret mesajlar verib. Bütün bunlar həm də Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu göstərir”.
Ermənipərəst dairələrin kampaniyası iflasa uğradı
Deputat vurğulayıb ki, təcavüzkar Ermənistan xalqımıza qarşı çoxsaylı cinayət əməlləri, vandalizm aktları törədib Müxtəlif dövrlərdə, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub: “Qeyd etmək lazımdır ki, Prezidentimizin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Məhz bütün bu sistemli və kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Eyni zamanda, beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çoxsaylı informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələlərlə çıxış edirlər.
Bütövlükdə Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq ictimai rəyin ölkəmizin lehinə dəyişməsi respublikamızın ardıcıl strateji nailiyyətlər qazanmasını təmin edən mühüm faktorlardan biri kimi çıxış edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

