Diaspor siyasətimiz...
21.07.2023 [11:04]
Tarixi qələbənin formalaşdırdığı yeni inkişaf mərhələsi
Günel ABBAS
Diaspor və lobbiçilik fəaliyyəti xüsusilə hazırki - dünyada yeni nizam qaydalarının formalaşdığı dövrdə böyük aktuallıq kəsb etməkdədir. Bu mənada, bu siyasi istiqamət bir çox ölkələrin siyasi gündəmində ən prioritet məsələlərdən birinə çevrilib. Xüsusilə, milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik çox vacib fəaliyyət sahəsi sayılır ki, bu da həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artmasını şərtləndirir.
Ötən əsrin son onilliyində aktiv fazaya keçən erməni terrorizmi, işğalçılıq siyasəti ölkəmiz üçün ciddi problemlər yaradırdı. Siyasi-iqtisadi böhranın, daxili çəkişmələrin geniş vüsət aldığı, həmçinin Ermənistanla müharibə şəraiti olduğu günlərdə Ermənistan tərəfi məkrli planlar həyata keçirirdi. ən təhlükəli məqamlardan biri isə erməni lobbisinin əli ilə aparılan yalan, böhtan təbliğatı idi. Azərbaycan əleyhinə iş aparan erməni lobbisinin təbliğat maşını bəzi hallarda bir sıra dövlətlərdə baş verənlərlə bağlı fərqli, əks və yalan təəssürat yaradırdı. Xarici havadarların köməyi sayəsində işğalçılıq niyyətlərini həyata keçirən, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanı dayandırmaq üçün isə əks-təbliğat maşını formalaşdırmaq lazım gəlirdi. Vəziyyəti öz xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün sözsüz ki, qüdrətli dövlət və güclü lobbinin yaradılması çox vacib idi. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycan lobbisinin təşkili ilə bağlı mühüm qərarlar veri. Bu qərarların uğurlu icrası isə bu balansı Azərbaycanın xeyrinə dəyişdi.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi mox vacib amildir. Milli birliyimiz milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu işinə böyük önəm verirdi. O, xaricə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşər, onlara doğma vətənləri ilə sıx əlaqə qurmağı, Azərbaycan həqiqətlərini dünya ictimaiyytinə çatdırmağı tövsiyə edərdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu məqsədlərə xidmət edirdi”.
Millət vəkilinin sözlərinə görə, hər bir vətəndaş öz dövlətinin maraqlarını beynəlxalq arenada təmsil etməyi, qorumağı bacarmalıdır: “Azərbaycan diasporu təşkilatlandıqdan sonra hədəflər dəqiqləşdi - bu hədəflər Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünyaya çatdırmaq, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq arenada ifşa etməkdən ibarət idi. Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs, hücum diplomatiyası, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun vasitəsi ilə gördüyü uğurlu işlər nəticəsində Azərbaycan həqiqətləri dünyada təbliğ edildi. Bu amillər diaspor fəaliyyətinin vacibliyini bir daha ortaya qoymuş oldu. Bu gün Azərbaycan diasporu yüksək səviyyədə təşkilatlanıb desək, yanılmarıq. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları formalaşdırılıb. Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışılır. Son illər dövlətimizin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Diasporamızın qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, bugünkü reallıqlarımızı dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir”.
V.İskəndərov bildirib ki, bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır. Lakin bununla kifayətlənməli deyilik - çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. “Parlament və bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Prezident İlham Əliyev bu fikriləri hər zaman səsləndirir. Dünyada 50 milyon soydaşımız yaşayır, elə aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin”, -deyən deputat bildirib ki, xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayıb: “Artıq bu həsrətə son qoyuldu, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vətəni bütöv görmək arzusu reallaşıb. Məhz Vətən müharibəsi, möhtəşəm qələbəmiz xalqımızın, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin birliyini və həmrəyliyini yeni müstəvilərər daşıdı. Müstəqillik tariximizdə ilk dəfə Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağda - Şuşada keçirildi. Bu, özlüyündə böyük siyasi əhəmiyyəti olan tarixi hadisədir. Bu hadisə bütün dünyaya mesaj idi ki, dünyada yaşayan azərbaycanlılar öz dövlətinin maraqları ətrafında sıx birləşib və həmrəydirlər. Şuşada keçirilən qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini bir daha yaşatdı, həmin torpaqları canlı görmək, eləcə də, erməni vandalizmini dünyaya çatdırmaq imkanı qazandırdı. Bu səbəbdən də V qurultay haqlı olaraq Zəfər Qurultayı adlandırıldı”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

