Məlumat azadlığı
19.12.2023 [10:55]
Cəmiyyətin savadlılıq dərəcəsinin artmasında mühüm amil
Y.BAYRAMOVA
Söz və mətbuat azadlığı demokratiyanın əsas prioriteti hesab olunur. Belə ki, söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Hər bir cəmiyyət dəqiq, qərəzsiz məlumat aldığı zaman güclənir və sosial, siyasi savadlılıq səviyyəsi artır. Bu istiqamətdə əsas platformalar isə hazırda media resurslarıdır. Günün reallığı ondan ibarətdir ki, bu gün sosial şəbəkələrdə istənilən informasiyaya rast gəlmək mümkündür. Yayılan informasiyaların nə dərəcədə həqiqəti əks etdirməsi isə müzakirələrə açıq məsələdir. Ciddi media resurslarında gündəmə gələn informasiyaların etibarlılıq dərəcəsi daha yüksəkdir.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ölkəmizdə söz və məlumat azadlığının qanunvericilik əsaslarını müəyyənləşdirən, tənzimləyən mükəmməl qanunlar toplusu mövcuddur: “Bu qanunlara uyğun olaraq söz və məlumat azadlığının çox aydın, praktik modeli formalaşıb. Söz azadlığının ölkədə ən mühüm tənzimləyicisi, təbii ki, Azərbaycan qanunlarıdır. Bilirik ki, məlumat azadlığını da tənzimləyən ayrıca qanunlar mövcuddur. O cümlədən məlumat toplamaq və s. kimi kamil qanunvericilik aktlarımız var. Aydın məsələdir ki, bütün hallarda söz və məlumat azadlığını mövcud qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırmaq çətin olur. Müəyyən hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir, bunu tənzimləyən qanunvericilik aktlarının yaratdığı geniş imkanlardan heç də yetərincə istifadə etməmək təzahürlərini görürük. Amma ümumən proses qanunun normalarına və Konstitusiya əsaslarına uyğun davam edir”.
A.Quliyev bildirib ki, söz azadlığının praktiki həyata keçirilməsinin ən müxtəlif institutları artıq yaradılıb: “Bu sırada onlayn və audiovizual media orqanlarını, kitab çapını, elmi tədqiqat, araşdırma işlərini, şəxsi yazışmaların məxfiliyini də qeyd etmək olar. Hansı ki, bunlar ölkədə söz azadlığının ifadə olunmasının müxtəlif və zəngin formalarından biridir. Dövlətin müvafiq strukturları söz azadlığının inkişafı üçün yeni yaranan institut və vasitələri təşviq edir, onlara dəstək verir. Artıq rəqəmsal müstəvidə audio və videokontent materiallarının yayıldığını da müşahidə edirik. Bu da ənənəvi söz azadlığı institutlarının üzərində yaranmış ən yeni texnologiyalardır. Məlumat azadlığı ilə də bağlı praktikanın institutlaşmasının şahidiyik. Məlumat azadlğını tənzimləyən qanun normaları mövcuddur, həm də məlumat bazalarına qanunvericilik çərçivəsində sərbəst çıxış imkanları təmin olunub. Dövlət sirrlərinin qorunması ilə bağlı ayrıca qanunvericilik aktı var. Məlumatların toplanması və yayılması ilə bağlı fəaliyyət formaları qanunvericilik əsaslarında tənzimlənir. Eyni zamanda şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunub-saxlanmasını təmin edən qanunvericilik aktları mövcuddur. Ölkədə məlumat azadlığının mühüm həlqələrindən biri sayılan məlumat mənbələrinin qanun çərçivəsində açıq davranışı, məlumat yayımının sərbəstliyinin və məcburiliyinin təmin olunması kimi amillərdən də danışa bilərik. Bəllidir ki, bütün dövlət orqanlarında, şirkətlərdə qanunla yayılmasına icazə verilən məlumatların yayılması ilə bağlı məcburi normalar var. Hətta dövlət orqanları və şirkətlərdə qanuni məlumatların yayılması ilə məşğul olan ayrıca strukturların yaradılması kimi praktika mövcuddur. Nazirliklər, iri şirkətlər məlumat yayımı üzrə ayrıca strukturlar yaratmağa qanunla məcburdurlar ki, həmin orqanların fəaliyyəti ilə cəmiyyət arasında təmas, körpü qura bilsinlər. Məlumat azadlığının təminində ilkin mənbə çox əhəmiyyətli amildir. Həmin mənbələrdən məlumatın geniş ictimaiyyətə yayılmasında isə ayrı-ayrı fərdlər, o cümlədən mətbuat, audiovizual media orqanları və s. fəal şəkildə iştirak edirlər. Bir sözlə, ölkədə söz və məlumat azadlığı həm qanunvericiliyin təkmilləşdirilməsi müstəvisində dinamik prosesdir, həm də onun praktik modeli perspektiv və inkişafyönümlüdür”.
Baş redaktorun sözlərinə görə, bəzi hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir: “Bu, çox üzücüdür. Bununla həm administrativ müstəvidə, həm də qanunvericilik müstəvisində mübarizə gedir. Eyni zamanda, söz və məlumat azadlığının yaratdığı böyük imkanlardan heç də sona qədər məharətlə və tam istifadə olunmaması hallarının da şahidiyik. Bunların hər ikisi, təbii ki, nöqsan və ziyanlı təmayüllərdir. Amma bizim üçün maraqlı əsas təmayül budur ki, söz və məlumat azadlığının praktik və qanunvericilik dinamikasını özündə əks etdirən bir model artıq formalaşıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

