Tolerantlıq ənənəmiz
01.03.2024 [10:55]
Ölkəmizdə bütün dinlərə hörmət edilir...
Ölkəmiz milli və dini müxtəlifliklər baxımından mürəkkəb coğrafi məkanda yerləşir. Təsadüfi deyil ki, Azərbaycanda bütün səmavi dinlərə sitayiş edən insanlarla yanaşı, həm də 30-dan çox azsaylı xalq və etnoslar məskunlaşıb. Bu səbəbdən ölkəmizdə dini və milli mənsubluq baxımından kifayət qədər həssaslıq var. Bütün bunlara baxmayaraq, Azərbaycan dini və milli tolerantlıq baxımından dünya dövlətləri arasında lider ölkələrdən biri sayılır.
Bu gün qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini və milli ənənələri olan, Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsi üçün lazım olan işlər görülür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı-alim Samid Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında qarşıdurmalar müşahidə olunsa da, ölkəmiz tarixin heç bir dönəmində belə hallarla qarşılaşmayıb. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan xalqının tolerantlığı və dövlətimizin yürütdüyü mükəmməl dini və milli siyasətdən irəli gəlir: “Azərbaycanda bütün səmavi və qeyri-səmavi dinlərin nümayəndələrinin ibadət evlərinin olması da, bunun bariz nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında formalaşması, artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb.
Hazırda istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri də dini dözümlülük, müxtəlif dinlərə sitayiş edən insanların birgəyaşayışa hörmət etmələridir. Son zamanlar sosial fenomenə çevrilən dini tolerantlıq həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Azərbaycanı digər ölkələrlə müqayisə edərkən, onun modern tərəqqi yolunda irəlilədiyini, yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrildiyini əsas xüsusiyyət kimi göstərmək olar”.
Alim qeyd edib ki, İslam dininə görə, müxtəlif mədəniyyətlərin bir arada olması Allahın istəyidir və biz, bu həqiqəti insanlara çatdırmağa çalışmalıyıq: “Allah müqəddəs kitabımız “Qurani-Kərim”də buyurur: “Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allahın nəzərində ən üstün olanınız onun buyurduqlarına əməl edənlərdir”. Deməli, Rəbbimizin lütfü olan bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı dərk etməyimizə və bir olan Allaha xidmət etməyimizə işarədir”.
S.Quliyevin sözlərinə görə, Azərbaycanda əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir: “Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son illərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udi kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib və dindarların istifadəsinə verilib. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən bütün dini qurumlara həm mənəvi, həm də maddi yardım göstərir. Bu da çox təqdirəlayiq haldır ki, bütün Cənubi Qafqaz regionunda ilk dəfə olaraq 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub. Dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlərin nəticəsidir ki, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilib. Bütün dini məzhəblərin qanun qarşısında bərabərliyi təmin olunub, bütün dini qurumlar heç bir fərq qoyulmadan dövlət tərəfindən dəstək alır.
Terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmlə mübarizədə dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacib şərtlərdən biridir. Yaddan çıxarmaq olmaz ki, konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnək ola bilər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDiaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58

