Helesa adəti - Xeyirxahlıq nümunəsi...
22.08.2024 [10:30]
Yardımlaşmaq, bir-birinə kömək etmək nə qədər gözəl əməldirsə, onun bir cəmiyyətdə adət halına salınması, illərlə, əsrlərlə yaşadılması və gənc nəslə ötürülməsi bir o qədər əzəmətli hadisədir. Ümumiyyətlə, faydalı, xeyirxah əməllərin bir oyun, bir adət kimi təlqin edilməsi yetişməkdə olan gənc nəslin tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında da böyük rol oynayır.
Müxtəlif cəmiyyətlərin özünə xas bu cür gözəl adət-ənənələri var. Bu yazımızda onlardan biri haqqında danışacağıq.
Qardaş Türkiyənin Sinop şəhəri haqqında kiçik bir araşdırma aparsanız, onun tarixi, məişəti ilə bağlı ilk qarşılaşacağınız ifadələrdən biri “Sellime çıxma” və ya Helesa olacaq. Sinopa xas bir ənənə olan Helesa hər il Ramazan ayının 15-ci günündən sonra həyata keçirilir. Bu maraqlı ənənənin yaranması ilə bağlı yazılı qaynaqlarda olmayan, amma dildən-dilə dolaşaraq günümüzə qədər gəlmiş ən az özü qədər maraqlı bir əfsanəsi var:
Əfsanəyə görə, qədim dövrlərdə gəmilər yelkənlərlə işləyərkən Qara dənizdə bu gəmilərin sığına biləcəyi üç liman var idi. Bunlar iyul, avqust və Sinop imiş. Yəni Qara dəniz yalnız iyul-avqust aylarında tufansız olardı, başqa vaxtlarda isə gəmilər ancaq Sinop limanına sığına bilirmiş.
Belə bir fırtınalı qış günlərindən birində yelkənli gəmi fırtınaya tutularaq Sinop limanına sığınır. Həftələrlə burada qapalı qalan gəmidəki ekipajın zamanla ehtiyatları tükənir və aclıq başlayır. Ekipaj dilənmək istəmədiyi üçün heç kimdən heç nə istəyə bilmir.
Bir gün kapitanın ağlına yemək tapmaq üçün bir fikir gəlir. O, ekipajına təcili olaraq xilasedici qayığı bəzəməyi tapşırır. Kapitan və ekipaj bu bəzəkli qayıqla və gecə olduğu üçün əllərində çoxlu fənərlərlə Sinopa enir və müxtəlif manilər söyləyərək şəhəri dolaşa-dolaşa insanlardan yemək istəyirlər. Bunu görən əhali dənizçilərə müxtəlif yeməklər verir və bununla da dənizçilər aclıqdan xilas olurlar.
Ramazanda yardımlaşmanı təlqin edən ən gözəl nümunələrdən biri olan Helesa bu hadisədən sonra hər Ramazan ayında Sinopda təkrarlanan bir ənənə halını alır.
Ənənəyə görə, Helesadan əvvəl əfsanədəki xilasedici qayığı təmsil etmək üçün bir neçə nəfəri daşıya biləcək qədər böyük bir qayıq gözəl şəkildə bəzədilir və fənərlər və ya şamlarla işıqlandırılır.
İftar edilib, oruclar açılandan sonra toplaşan gənclər bəzədikləri bu qayığı bəzən çiyinlərində, bəzən də əllərində tutaraq bütün məhəllələri gəzirlər. Qayıq hər evin qarşısında ev sahibinə görünəcək bir şəkildə yerə qoyulur. Bu evlərin qapısına gələn insanların içindən gözəl səsə malik olan bir şəxs Helesa manilərindən bir neçəsini oxuyur, digərləri isə nəqarəti deyib, bəxşiş istəyirlər. Məsələn, Helesa manilərinə misal göstərək:
Gəmi gəldi, duydunuzmu?
Salam verib aldınızmı?
Bu gəmini tanıdınızmı?
Helesa yelesa,
Heyemola yusa hop.
Həsən abi, gəldik sizə,
Xətrin qalmasın bizə,
Bəxşiş çox göndər bizə...
Helesa yelesa,
Heyemola yusa hop.
Bəxşişlər bir dəsmala bükülür və düşdüyü yerdə görünsün deyə dəsmalın ucu yandırılaraq yerə və ya qayığa atılır. Toplanan bütün bəxşişlər daha sonra ehtiyacı olanlara paylanır.
Bu qədim adət bu gün də Sinop və ətraf rayonlarda yaşadılmaqdadır. Bu, insanların bir-birinə kömək etməyinin, acların qarınlarını doyurmağın vacibliyinin ən gözəl nümunəsidir. Axı Peyğəmbərimiz də deyirdi: “Qonşusu ac ikən özü tox yatan bizdən deyil...”
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

