Ayaq barmaqları arasındakı nəmli mühit yüzlərlə növ mikrob üçün ideal yerdir - ARAŞDIRMA
12.08.2025 [08:46]
Mütəxəssislərin sözlərinə görə, ayaq barmaqları arasındakı sahə isti və nəmli mühitə görə mikroblar üçün ideal yaşam yeridir. Ayaqların dərisində hər kvadrat santimetrdə 100-dən 10 milyona qədər mikrob hüceyrəsi, o cümlədən bakteriya və göbələklər mövcuddur.
AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, araşdırmalara görə, ayaqlar bədənin digər hissələrinə nisbətən daha çox göbələk növünə sahibdir. Corablar bu mikroorqanizmlərin əsas daşıyıcısına çevrilir. Onlarda zərərsiz bakteriyalarla yanaşı, Aspergillus, Staphylococcus, Candida, Histoplasma və Cryptococcus kimi potensial təhlükəli patogenlər də aşkarlanır. Mikroblar tər və ölü dəri hüceyrələri ilə qidalanır, onların maddələr mübadiləsi məhsulları isə tərli qoxuya səbəb olur. Corablar, həmçinin ətraf mühitdən – torpaq, toz, ev heyvanları və ictimai yerlərdən mikroblar toplayır. Cəmi 12 saat geyilmiş corabların, digər geyim əşyalarına nisbətən, ən yüksək bakteriya və göbələk yükünə malik olduğu müəyyən edilib.
Mütəxəssislər xəbərdarlıq edir ki, corablar “Tinea pedis” (atlet ayağı) kimi yoluxucu göbələk infeksiyalarının yayılmasında mühüm rol oynayır. Qarşısını almaq üçün ayaqların hər gün yuyulub qurudulması, ortaq yerlərdə ayaqyalın gəzməmək və hər gün təmiz corab geyinmək tövsiyə olunur. Corabların yuyulması zamanı gigiyena qaydaları da önəmlidir. 30-40°C-də yuma kifayət etmir; mikrobların çoxunu məhv etmək üçün 60°C-də yuma və ya buxarla ütüləmək tövsiyə edilir. Pambıq corablar yüksək temperatura daha yaxşı dözdüyü üçün göbələk infeksiyasına meyilli şəxslər üçün daha uyğundur. Maraqlıdır ki, corabların “mikrob izi” məhkəmə araşdırmalarında da istifadə olunur. ABŞ-da aparılan bir istintaqda, corabda tapılan torpaq bakteriyaları cinayət yerini müəyyənləşdirməkdə mühüm dəlil olub. Mütəxəssislər vurğulayırlar ki, ayaq gigiyenası yalnız şəxsi sağlamlıq üçün deyil, həm də ictimai sağlamlıq və infeksiyaların qarşısının alınması baxımından vacibdir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

