Beyin qorxulu xatirələrlə necə mübarizə aparır?
27.08.2025 [08:26]
İnsanlar həyatları boyu travmatik hadisələr və ya mənfi təcrübələr nəticəsində bəzi obyektlərdən, heyvanlardan və ya vəziyyətlərdən qorxmağı öyrənə bilirlər. Bu qorxuların zamanla necə zəiflədiyini öyrənmək isə fobiyaların və narahatlıq pozuntularının müalicəsində mühüm rol oynaya bilər. Ruhr Universiteti Bochum, Paris Beyin İnstitutu və digər mərkəzlərin alimləri bu mövzuda yeni araşdırma aparıblar. Onların “Nature Human Behavior” jurnalında dərc olunan işləri göstərib ki, qorxunun zəifləməsi prosesi beyindəki amigdala və hipokampus kimi bölgələrdə xüsusi sinir təsvirləri ilə dəstəklənir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, baş müəllif Nikolay Axmacherin sözlərinə görə, sönmə öyrənilməsi dəyişən mühitə uyğunlaşmaq üçün əsas qabiliyyətdir. Məsələn, nasazlıq zamanı təhlükəli görünən bir cihaz başqa bir şəraitdə təhlükəsiz ola bilər. Beyin də bu yeni məlumatı öyrənərək əvvəlki qorxu reaksiyasını zəiflədir.
Tədqiqat epilepsiya müalicəsi çərçivəsində beyninə elektrodlar yerləşdirilmiş xəstələrlə aparılıb. İştirakçılara məişət cihazlarının şəkilləri göstərilib, bəziləri isə qorxulu səslər və təsvirlərlə müşayiət olunub. Sonra isə həmin cihazların təhlükəsiz olduğu yeni kontekstdə təqdim edilib. Nəticələr göstərib ki, amigdaladakı reaksiyalar qorxunun deyil, daha çox stimulların təhlükəsizliyi ilə əlaqəli olub. Prefrontal korteksdə isə kontekstə aid xatirələrin daha dəqiq formalaşdığı müşahidə edilib. Əgər öyrənilən təhlükəsizlik yalnız müəyyən bir mühitlə məhdudlaşırsa, başqa kontekstdə qorxu yenidən qayıda bilər. Alimlər bildirirlər ki, bu nəticələr qorxu yaddaşının necə işlədiyini daha yaxşı anlamağa imkan verir və gələcəkdə virtual reallıq texnologiyaları ilə təcrübələrin genişləndirilməsi planlaşdırılır.
Araşdırma fobiyaların və narahatlıq pozuntularının müalicəsində yeni terapevtik yanaşmalara işıq tuta bilər.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

