Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Səhər yeməyinə hansı qidanı əlavə etmək lazımdır? - Kardioloqdan məsləhət

Səhər yeməyinə hansı qidanı əlavə etmək lazımdır? - Kardioloqdan məsləhət

08.06.2026 [16:30]

Kardioloq Sara Aleksander səhər yeməyinə avokadonu əlavə etməyi məsləhət görüb.

Lent.az xəbər verir ki, bu barədə o, "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Sara Aleksander bu qidanın ürək üçün faydalarından bəhs edib.

Mütəxəssis qeyd edib ki, avokado xolesterin səviyyəsinin aşağı düşməsinə və normal qan təzyiqinin qorunmasına kömək edir. Araşdırmalara görə, həftədə ən azı iki avokado yeyən insanlarda ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyinə daha az rast gəlinir.

Həkim qeyd edib ki, avokadonun faydalı xüsusiyyətləri onun tərkibindəki bitki sterolları ilə əlaqəlidir. Bu maddə xolesterinin səviyyəsini aşağı salır və bu yolla da ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Bundan əlavə, bu meyvənin ətində antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər zəngin mikro və makronutrientlər mövcuddur.

Sara Aleksander meyvənin daha bir üstünlüyü kimi onun yüksək lif tərkibinə malik olmasını göstərib. Yarım avokado tövsiyə olunan gündəlik qida lifləri normasının təxminən dörddəbirini təmin edir. Həmçinin onun tərkibində bananda olduğundan daha çox kalium var ki, bu da orqanizmə artıq duzun qan təzyiqinə mənfi təsirlərinin qarşısını almağa kömək edir.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31