Yadplanetlilər Yerdə nə ilə qidalana bilərlər?
20.06.2026 [22:38]
Yadplanetlilərin Yer kürəsində qidalana biləcəyi ehtimal edilən vasitələr barədə yeni iddialar oralığa atılıb.
Lent.az xəbər verir ki, bu barədə Valensiya Universitetinin professoru, dietoloq Xose Migel Soriano del Kastilyo "The Conversation" nəşrindəki məqaləsində məlumat yayıb.
Alim xəbərdarlıq edir ki, planetimiz yerdənkənar həyat nümayəndələri üçün "təhlükəli ziyafət" məkanına çevrilə bilər.
Mütəxəssisin fikrincə, yadplanetlilərin təməl biologiyası insanlarla oxşar olsa belə, insanlar üçün təhlükəsiz sayılan qidaların onların həzm sistemi ilə uyğun gələcəyinə heç bir zəmanət yoxdur. Onun sözlərinə görə, yerdənkənar sivilizasiya nümayəndələri çox güman ki, bizim üçün ənənəvi olan qidalardan daha çox, Yer üzündə tapacaqları "xam maddələrə" üstünlük verəcəklər.
Kastilyo izah edib ki, onlar öz həyat fəaliyyətlərini su, azot, fosfor, dəmir, duzlar, lipidlər, mikrob biokütləsi və ya sadə üzvi molekullar hesabına qoruya bilərdilər. Eyni zamanda, Hollivudun "Yadplanetli" filmindəki personajın yediyi konfetlər qida kimi çox ehtimal ki, onlara yaramayacaq.
Bununla yanaşı, ekspert xəbərdarlıq edib ki, Yerin ətraf mühiti yadplanetlilər üçün potensial toksin, patogen və allergen ola biləcək maddələrlə də zəngindir. Bundan əlavə, zülal və ya şəkər kimi bəzi birləşmələr qida kimi onlar üçün tamamilə yararsız ola bilər.
Kastilyo iddia edir ki, gələcəkdə bəşəriyyət yerdənkənar sivilizasiya ilə təmasa keçərsə, yadplanetlilərin qidalanması üzrə xüsusi mütəxəssislərin hazırlanmasına ehtiyac yaranacaq. Bu, kosmosun digər yerlərindən gələn varlıqlar üçün hansı enerjinin və hansı miqdarda tələb olunduğunu müəyyən etməyə imkan verəcək. Professorun sözlərinə görə, həmçinin bu cür orqanizmlərdə resursların ötürülməsinin necə baş verdiyini öyrənmək lazım gələcək.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

