Oxumaq beynimizi sağlam saxlayır
16.11.2023 [12:41]
Yel Universitetinin tədqiqatçıları tərəfindən 2016-cı ildə edilən bir araşdırma gündə yalnız 30 dəqiqə kitab oxuyan insanların ümumiyyətlə oxumayanlardan orta hesabla iki il daha çox yaşadıqlarını müəyyən etdi.
Başqa bir hesabatda həftədə üç saatdan çox oxuduğunu bildirən oxucuların 2001-2012-ci illərdə ölmək ehtimalının yalnız qəzet və jurnal oxuyanlarla müqayisədə 23% daha az olduğu ortaya çıxdı. Əlbəttə ki, oxumaq sizi ölümsüz etməyəcək, ancaq elmi cəhətdən sübut edilmişdir ki, oxumağın qazandırdığı bilik və beyin inkişafı qocalıq xəstəlikləri ilə mübarizədə kömək edir.
Təəssüf ki, dünya əhalisinin 17%-i savadsızlığa görə bu üstünlüklərdən istifadə edə bilmir. Kitab və jurnallardan əlavə, bu əhali küçə lövhələrini, menyuları və ya tibbi təlimatları da oxuya bilmir. Nəticədə, onların yoxsulluq içində qalma ehtimalı daha da çoxalır və onlar sağlamlıqla bağlı məlumatlardan xəbərsiz olurlar.
Savadsızlıq insanları həyatının hər bir mərhələsində geridə qoyur. Onlar uşaq ikən məktəbdə müvəffəqiyyət qazana bilmirlər. Yetkinlik yaşına çatdıqda isə iş bazarından kənarda qalırlar. Valideyn olduqları zaman övladlarının təhsilinə dəstək verə bilmirlər. Əslində oxumağın əhəmiyyəti ölçülməzdir və həyatın bütün sahələrinə sirayət edir.
Kitab oxumağın faydaları
Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır. Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir.
Oxumaq beynimizi sağlam saxlayır
Hər hansı bir əzələ kimi, beyin də sağlam və güclü qalması üçün məşq etdirilməlidir. Oxumağı beyin üçün ağırlıq qaldırma kimi düşünün. Əslində tez-tez beyin məşqi etmək yaşlıların zehni geriliyini 32% azaldır. Alzheimer xəstəliyi və demensiyadan əziyyət çəkənlər üçün mütəmadi oxu faydalı ola bilər.
Bundan əlavə, oxucular hafizələrini inkişaf etdirə və daha güclü analitik bacarıqlar əldə edə bilərlər. Kitabı başa düşmək üçün oxucular müxtəlif obrazları, süjet xəttini xatırlamaqla yanaşı, baş verənləri analiz etməli və proqnozlaşdırmalı olurlar. Müəmmalı cinayət haqqında düşünün. Bundan sonra baş verəcəklər barədə proqnoz vermək insan təbiətinə xasdır və bu proqnozları vermək üçün analitik bacarıqlardan istifadə edirik. Oxumaqla zehninizi canlandırdığınız zaman diqqətinizi və konsentrasiyanızı da inkişaf etdirə bilərsiniz.
Bizi daha ağıllı edir
Daha da ağıllı olmaq istəyirsiniz? Oxuyun. Geniş janrları və ya tipik maraq sahəmizin xaricindəki mövzuları oxuyaraq birbaşa öyrənmədiyimiz mövzular haqqında hərtərəfli məlumat əldə edə bilərik. Bəli, qeyri-bədii (akademik, şəxsi inkişaf və s.) kitablar yeni məlumatlar öyrənmək üçün əladır, ancaq bədii kitablar da bizə yeni biliklər verə bilər. Kitablar bizə başqa insanların fikirlərinə, davranışlarına fərqli prizmalardan baxmağa və ya özümüzün yeni fikirlər irəli sürməyimiz üçün ilham verə bilərlər.
Aysu
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51

