Azərbaycanda yayımlanan ilk türk serialı - “Çalıquşu”
29.11.2023 [09:45]
M.BAYRAMLI
O, Azərbaycanda yayımlanan ilk türk serialı idi. Rəşad Nuri Güntəkin eyni adlı əsəri əsasında çəkilmiş 7 bölümdən ibarət teleserial idi.
İlk dəfə 1966-cı ildə rejissor Osman Fahir Seden tərəfindən ağ-qara formatda film çəkilmişdi. Baş rollarda Türkan Şoray, Kartal Tibet yer almışdılar. Bütün məşhur teatr və kino aktyorlarının bu filmdə görə bilərdiniz. Buna baxmayaraq, film uğur qazanmadı. Rejissor ikinci dəfə əsəri serial formatında çəkməyə qərar verdi. Serial isə 1986-cı il aprelin 20-də TRT kanalında yayımlandı. 7 hissəli serialın baş rollarını Aydan Şener, Kenan Kalav və Sadri Alışık kimi məşhur türk aktyorları canlandırıb. Söhbət əlbəttə, “Çalıquşu” serialından gedir. 90-cı illərin əvvəllərindən etibarən serial əksər SSRİ ölkələrində də nümayiş edildi və böyük maraqla qarşılandı. Azərbaycanda isə “Çalıquşu” filmi 1990-cı illərdə televiziya kanallarında yayımlandı və böyük tamaşaçı rəğbəti qazandı. Serialda səslənən Esin Engin bəstələri ürəklərə yol tapdı, gözləri yaşartdı, ürəkləri parçaladı. Həmin musiqilər hələ də xatırlanır.
Serialın çəkilişləri 6 ay ərzində 137 məkanda çəkilmişdi. Ümumilikdə, çəkilişlərə 115 milyon lirə xərc çəkilmişdi.
Kamrana olan böyük sevgisinə rəğmən, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatından bəhs edilir. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir. Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən "Çalıquşu" adını alır.
Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir. Bunu qüruruna sığdırmayan Fəridə, İstanbulu tərk edir. Fəridə fövqəladə gözəlliyi səbəbindən "rüzgarların uçurduğu payız yarpağı"na çevrilir. təyinatını daima dəyişdirməli olur. Son təyinatlarından birində atası kimi hərbi həkim olan Xeyrullah bəy ilə tanış olan Fəridənin həyatı tamamailə dəyişir. İnsani xarakterli Xeyrulla bəy Fəridəni qızı kimi sevməsinə baxmayaraq, dedi-qodulara son qoymaq üçün evlənməli olurlar. Fəridənin hələ də Kamranı sevdiyini başa düşən Xeyrulla bəy onları qovuşdurmaq üçün əlindən gələni edir. Ölümündən əvvəl etdiyi xahişini yerinə yetirən Fəridə İstanbula qayıdır. Yazdığı məktubla bərabər, Fəridənin gündəliyini də Kamrana çatdıran Xeyrulla bəy sonda bir-birlərini hədsiz sevən iki gənci qovuşdurur.
Qeyd etdiyimiz kimi, əsərin müəllifi Rəşad Nuri Güntəkin idi. Türk ədəbiyyatının məşhur yazıçısı Rəşad Nuri Güntəkin 1889-cu il noyabrın 25-də İstanbulda anadan olub. Atası ordu zabiti Nuri bəy, anası isə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımdır. İlk təhsilini Çanaqqalada alan Rəşad Nuri Güntəkin Qalatasaray məktəbində bir il oxuduqdan sonra İzmirdəki fransız məktəbində təhsilini davam etdirib. Məktəbi yarımçıq buraxan gələcək yazıçı 1912-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib.
Müxtəlif vaxtlarda Bursa və İstanbulda müəllimliklə məşğul olub. O, ədəbi fəaliyyətə 1918-ci ildə Camal Nemət adıyla yazdığı "Harabelerin Çiçeği" romanı və "Eski Ahbap" hekayəsi ilə başlayıb. Yazıçını məşhurlaşdıran onun “Çalıquşu” romanı idi. Türk ədəbiyyatında realist romana meylin ilk nümunələrindən olan bu roman dil, üslub, təhkiyyə tərzinə görə uzun müddət aktuallığını qoruya bilib. “Yarpaq tökümü”, “Dodaqdan qəlbə”, “Axşam günəşi” də yazıçının məşhur əsərləri sırasındadır. Uzun illər Anadolunun bir çox yerinə etdiyi səfərlər sayəsində Rəşad Nuri Güntəkin Anadolunun sosial və mədəni həyatıyla bağlı təcrübələr qazanıb, bu təcrübələrini, təəsuratlarını “Anadolu qeydləri” adı altında toplayıb. Oxucuları tərəfindən sevilən yazıçı 1956-cı il dekabrın 13-də müalicə üçün getdiyi Londonda vəfat edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

