Rənglər psixologiyamıza necə təsir edir?
02.12.2023 [11:06]
Müşfiqə
Həyatımız rənglərlə doludur... Və onlar bizə həm fiziki, həm də mənəvi olaraq öz təsirini göstərir. “Həyatını rənglə” kitabında da qeyd olunduğu kimi, isti rənglər insanları canlandırır, soyuq rənglər isə sakitləşdirir. Canlı və parlaq rənglər insanı nə qədər xoşbəxt və enerjili edirsə, soyuq və tutqun rənglər bir o qədər sakitlik gətirir. Əsəb pozğunluğu olanlara sarı, yuxusuzluqdan əziyyət çəkənlərə bənövşəyi, sakitləşmək istəyənlərə mavi, şadlanmaq istəyənlərə narıncı, enerjili olmaq istəyənlərə isə firuzəyi rəngi seçmək tövsiyə olunur. Bəs filmlərdə nə üçün ağ-qara rənglərə önəm verilir? Çünki bu texnika real dünyadan xəyal dünyasına keçidi simvollaşdırır.
Rənglərin sirli dünyası bizə nə demək istəyir?
Psixoloq, sosioloq Eva Hellerin “Rəng psixologiyası. Rənglər hisslərə və ağıllara necə təsir göstərir” adlı kitabında qeyd etdiyi kimi, rənglər beynimizə spesifik təsir göstərir. Rənglər ilə zehin arasındakı əlaqəni öyrənmək üçün yalnız psixoloji tərəfdən deyil, fəlsəfə, fizika və digər elmi tərəfdən də tədqiqatlar aparılır.
Həyata yeni və bəmbəyaz bir səhifə açaq!
Rəng psixologiyasında ağ məsumluğun və saflığın rəmzi sayılır. Bununla yanaşı, yeni nəyəsə başlamaq istəyini təmsil edir. Ağ məkan insana şəfa və sakitlik hissi gətirir. İş görüşmələrinə gedərkən ağ geyinmək sizin haqqınızda xoş təəssürat yaradacaq.
Mavi: Nəzərdən qoruyur, siyasətçilər və marketoloqlar daha çox istifadə edir
Aparılan sorğuya görə, ən populyar rəng mavidir. Evlərimizdə tez-tez istifadə etdiyimiz mavi rəng sakitləşdirici, müalicəvi və rahatlaşdırıcı təsir yaradır. Gərgin mühitdə çalışırsınızsa, sizin üçün ən doğru seçim mavi rəngin çalarları olacaq. Ziqmund Freydə görə, mavi insanı sakitləşdirir, məşhur rəng psixoloqu Faber Birren isə mavinin qan təzyiqini aşağı saldığını deyir. Ərəblər mavi daşların qan axınını yavaşlatdığına inanırlar. Nəzərdən qoruyacağına inandığımız göz muncuqlarının mavi rəngdə olması heç də təsadüfi deyil.
Qərbdə mavi rəngin sakitləşdirici təsirə malik olduğunu bildikləri üçün intiharları azaltmaq məqsədilə körpü məhəccərlərini mavi rəngə boyayırlar. Başqa bir misal, Amerikada ibtidai məktəblərin birində divarları ağ və narıncı rəngdən mavi rəngə dəyişdiriblər, bununla da uşaqların qiymətlərinin artdığını və onların arasında nifaqın azaldığını aşkar ediblər.
Siyasətçilərin də ən çox istifadə etdiyi rəng sırasında mavi öndə gəlir. Belə ki, Bill Klinton Böyük Münsiflər Heyətinə ifadə verməzdən əvvəl məsləhətçiləri ona mavi qalstuk taxmağı məsləhət görmüşdülər.
Rənglər vasitəsilə insan psixologiyası ilə oynayırlar!
Fikir verin, dünyadakı şirkətlərin yarıdan çoxu öz loqolarında mavi rəngdən istifadə edir. Bankların loqolarında və şəkillərinin yaradılmasında ən çox istifadə edilən mavi və yaşıldır. Çünki bu rənglər gücün rəmzidir.
Dünyaca məşhur rəssam Van Qoq da emosional vəziyyətini ifadə etmək üçün ulduzlu səma yaradarkən mavi və sarı kimi canlı rəng çalarlarından istifadə etmişdi.
Niyə Coca-Cola, Pizza Hut, McDonald’s kimi brendlər qırmızı rəngdədir?
Mavidən fərqli olaraq, qırmızı rəng iştahı artırır. Ona görə də dünyadakı bütün qida şirkətlərinin (Coca -Cola, Pizza Hut, TGI Friday’s, McDonald’s, Burger King, Lay’s) loqoları qırmızı rəngdədir.
Həmçinin qırmızı qan təzyiqini artırır və qan axınını sürətləndirir. Məhz buna görə də gəncləri cəlb edən məhsullar loqo və etiketlərində qırmızı rəngə üstünlük verir. Levi’s, The Little Big, Nike, Puma və s. bu siyahını daha da artırmaq olar.
Eləcə də insanlar qırmızı fonlu yerlərdə zaman anlayışını itirirlər. Bu səbəbdən bütün gecə klubları və bar tipli yerlərdə qırmızı fondan istifadə edilir.
Heç özünüzə sual vermisinizmi, niyə polis avtomobillərindəki işıqların yarısı mavi, yarısı isə qırmızı rəngdədir? Bunun səbəbi lampanın qırmızı sayəsində yaxından, mavi sayəsində isə uzaqdan daha yaxşı görünməsiymiş.
Siyasətçilər ciddi və bir az da qorxu aşılayan imic formalaşdırmaq məqsədilə adətən tünd rənglərdə geyimlərə üstünlük verirlər.
İnsan psixologiyasında rənglərlə bağlı qəlibləşmiş fikirlər də var. “Qız çəhrayı, oğlan isə göy rəngdə geyinməlidir” fikri hələ də aktualdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

