Yalnız milyonçuların gəzə bildiyi Filarmoniya bağı
10.01.2024 [15:21]
M.BAYRAMLI
Bura paytaxtımızda ən qədim parklardan biridir. Salındığı gündən bu bağa müxtəlif adlar qoyulub. Əvvəllər Mixaylovsk bağı, Qubernator bağı, İnqilab... Əhənglə ağardıldığı üçün bura "Ağ klub” da deyiblər. Bağda şair Əliağa Vahidin büstü yerləşdirildikdən sonra isə hamı buranı "Vahid bağı” adlandırıb. Ən nəhayət Filarmoniya bağı kimi tanınıb. Parka "Qubernator bağı" adını qubernatorun evi ilə üzbəüz yerləşdiyinə görə veriblər. Bağ İçərişəhərin şərq qapısı ilə Azneft meydanı arasındakı ərazisində yerləşir.
Qala divarları yaxınlığında 1830-cu ildə salınmış Qubernator bağı şəhərin uzun müddət ilk və yeganə istirahət məkanı olub. On il sonra burada rəqs meydançası, hovuz, köşklər, terraslar tikilib. 1907-ci ilin bir yaz gecəsi tikili yanıb külə dönür. O zaman Bakı İctimai Məclisi öz üzvlərinin "asudə vaxtının səmərəli təşkili məqsədilə” yanan klubun əvəzinə yay klubu tikdirmək istəyir. Bu məqsədlə şəhər rəhbərliyinə müraciət edir. Lakin bu istək neçə il etirazla qarşılanır. Dövlət Tarix Arxivində qorunan sənədlər içərisində məsələ ilə bağlı Bakı varlılarının ərizələri də saxlanılır. Məsələn, hələ 1880-ci ilin oktyabrında şəhər sakini Nikolay Osipov, 1881-ci ilin aprelində bir qrup Bakı varlısı, o cümlədən Z.Tağıyev, De Bur və başqaları müraciətlərində orada, hətta teatr binasının tikiləcəyini göstəriblər və hamısı da rədd cavabı alıb. Şəhər rəhbərliyi səbəb kimi hər dəfə bağda ağacların kəsiləcəyindən narahatlığını göstərib, burada uzun müddət tikinti işlərinin aparılmasının bitki aləminə ziyan vuracağını xatırladıb. Nəhayət, uzun xahişnamələrdən, müzakirələrdən sonra birtəhər razılıq alınır. O vaxt bura şəhərin həm sərin, həm də havası nisbətən təmiz olan yeri imiş...
1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tinində konsert zalı, yay estrada səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib. Adi şəhər sakinləri üçün bağa giriş həftədə bir günlə məhdudlaşdırılmışdı. Lakin yüksək rütbəli əsilzadələr, neft milyonçuları üçün qapılar həmişə açıq idi. Sahəsi 4,6 hektar olan bağa qulluq xərclərini də şəhər rəhbərliyi öz üzərinə götürür. Bununla da "Qubernator bağı”nın sonralar "Filarmoniya bağı” adlanmasına səbəb olacaq bina tikilir.
Bağda əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanılıb. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Ən qədim ağaclardan biri də Xan çinarıdır. Hətta Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı qədim yeraltı tunelin aşkarlandığı da bildirilir. Özündə İtaliya intibahının elementlərini, Şərq müsəlman memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağda hamını heyran qoyan gözəl naxışlı daşlar, fəvvarələr, saatlar var. İçərişəhərin klassikası olan Filarmoniya bağı 190 ildən çoxdur ki, paytaxt sakinlərinin istirahət etdiyi əsas məkanlardan birinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

