Aspendosun möhtəşəm səhnəsi yenidən canlanır: 33-cü Beynəlxalq Festival başlayır
11.08.2026 [18:20]
Türkiyənin Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən sentyabrın 12–dən 26-dək keçiriləcək 33-cü Beynəlxalq Aspendos Opera və Balet Festivalı bu il də zəngin proqramı ilə sənətsevərlərin görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Antalya vilayətində yerləşən “Aspendos” Antik Teatrında təşkil olunacaq festivalda Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının sənətçiləri də yer alacaqlar. Proqram çərçivəsində 1 opera, 2 balet və 1 səhnə kantatası olmaqla ümumilikdə 4 əsər 6 dəfə nümayiş etdiriləcək.
Festivalın açılışı Antalya Dövlət Opera və Balet Teatrı tərəfindən Cüzeppe Verdinin “Attila” operasının nümayişi ilə baş tutacaq. Yiğit Günsoyun quruluş verdiyi tamaşada Attila obrazını Şafak Güç canlandıracaq. Lorenzo Kastriotanın dirijorluğu ilə Antalya Dövlət Opera və Balet Orkestri, Mahir Seyrekin rəhbərliyi ilə isə teatrın xoru tamaşanı müşayiət edəcək.
Festivalın davamında Lev Tolstoyun ölməz romanı əsasında hazırlanan “Anna Karenina” baleti müasir yozumda təqdim ediləcək. Pyotr Çaykovski, Cakomo Puççini və Sergey Prokofyevin əsərlərindən ibarət musiqi aranjimanı və dirijorluğu Tulio Qalyardo Varasa, xoreoqrafiyası isə cənubi koreyalı xoreoqraf Yanq Sun Huya (Young Soon Hue) məxsus olan səhnə əsəri neoklassik üslubda sənətsevərlərin ixtiyarına veriləcək.
Sentyabrın 19-da və 21-də Aspendos Antik Teatrında Antalya Dövlət Opera və Baleti tərəfindən Karl Orfun dünyaşöhrətli “Carmina Burana” səhnə kantatası nümayiş olunacaq.
Volkan Ersoyun səhnələşdirdiyi əsərin xoreoqrafiyası A.Volkan Ersoy, G.Armağan Davran, Dəniz Özaydın, Alper Marangoz, Fərhad Güneş, Özgür Adam İnanç, Kürşat Kılıç, Yağızhan Danış və Didem Ertana məxsusdur. Tamaşada orkestr, solistlər, xor, uşaq xoru, balet və müasir rəqs qruplarının sintezindən ibarət yeni və möhtəşəm xoreoqrafik həll təqdim ediləcək.
Festival Abay adına Qazaxıstan Milli Akademik Opera və Balet Teatrı tərəfindən tarixin ən məşhur qladiatoruna həsr olunmuş “Spartak” baletinin nümayişi ilə yekunlaşacaq. 1934-cü ildə təsis edilən və Qazaxıstanın aparıcı sənət ocaqlarından biri hesab olunan teatr zəngin repertuarı və beynəlxalq layihələrdəki uğurlu çıxışları ilə seçilir.
Xəbər lenti
Hamısına baxSosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00

