/ / Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək
Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək
24.08.2026 [15:31]
Azərbaycan və Özbəkistan arasındakı mövcud siyasi-ictimai və ədəbi-mədəni əlaqələr qürur duyacağımız səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sözə, dilə və ədəbiyyata könüldən bağlı olmaları yeni ədəbi layihələrin həyata keçirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından ədiblərimiz və sənətkarlarımız üçün geniş imkanlar yaradır. Eyni zamanda, ölkələrimiz arasındakı siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması mədəni-ədəbi əlaqələrimizin də daha geniş vüsət almasına mühüm zəmin yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Özbəkistan Yazıçılar Birliyinin üzvü Fərid Hüseyn deyib.
Onun sözlərinə görə, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi çox mühüm və təqdirəlayiq hadisədir. Mərkəz mövcud imkanlarından səmərəli istifadə edərək müxtəlif layihələr həyata keçirir, Azərbaycan və Özbəkistan xalqları arasında ictimai-mədəni əlaqələrin qarşılıqlı şəkildə möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycan–Özbəkistan qardaşlığının tarixi, təbii və səmimi əsasları var. Nizami–Nəvai bağlılığı, hər iki xalqın ədəbiyyat tarixində “Xəmsə” ənənəsinin yaratdığı mənəvi və ədəbi vəhdət bu gün qardaş xalqlarımızın həyatının bütün sahələrində özünü göstərir.
“Özbəkistanın Səmərqənd və Xivə şəhərlərinə həsr etdiyim iki poetik əsər – “Səmərqənd divanı” və “Xivə dəftəri” Azərbaycan, özbək, ingilis və rus dillərində hər iki ölkədə kitab şəklində nəşr olunub. Bundan əlavə, Əlişir Nəvai, Əbdürrəuf Fitrət və Siracəddin Səyyidin kitablarını, eləcə də “Özbək şeiri antologiyası”nı çapa hazırlamışam. Sevindirici haldır ki, uzun illərdir qardaş Özbəkistanla qurduğumuz ədəbi əlaqələr yüksələn xətlə inkişaf edir”, - deyə o qeyd edib.
Fərid Hüseyn deyib: “Biz, ədəbiyyat və sənət adamları da Türk dünyasının birliyi və mənəvi bütövlüyü naminə ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da daha da möhkəmlənəcək və yeni, böyük mədəni layihələrlə zənginləşəcək”.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

