/ / Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş “Səməni” Beynəlxalq incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş “Səməni” Beynəlxalq incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
19.03.2014 [10:16]
Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihəni reallaşdırıb.
AzərTAc xəbər verir ki, martın 18-də - İlaxır çərşənbə günündə Heydər Əliyev Mərkəzinin parkında “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunub.
Həmin gün Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva müsabiqəyə təqdim olunmuş səmənilərə baxıb və nömrələnmiş işlərə səs veriblər.
Qeyd edilib ki, qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Şənliklər hələ Novruzdan əvvəl - İlaxır çərşənbədən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri vardır. Onun əsas atributlarından biri isə səmənidir. Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yazqabağı “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə ediblər. Əsrlər dəyişib, sivilizasiya inkişaf edib, müxtəlif tarixi dövrlərdə yasaqlar qoyulub, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri və rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarıb.
Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə çatdırmaqla yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatını yüksəldib, həm də onların bolluq və firavanlıq arzularını ifadə edib.
Müsabiqəyə dəstək verdiklərinə görə Heydər Əliyev Fonduna, “YARAT” Müasir İncəsənət Məkanına, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinə, “Baku” jurnalına, Müasir İncəsənət Muzeyinə və digər təşkilatlara təşəkkür ifadə edilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında “Küknar” Beynəlxalq sərgi-müsabiqəsi keçirib, 18 yerli və xarici rəssam, heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb. Nadir görkəmli küknarlar Heydər Əliyev Mərkəzinin parkında 2 ay nümayiş olunub.
Tədbirdə “Küknar” Beynəlxalq sərgi-müsabiqəsinin qalibləri çıxış edərək, həyata keçirilən layihələri yüksək qiymətləndiriblər.
Sonra “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi üzrə səsvermənin nəticələri açıqlanıb.
Bildirilib ki, hər bir tamaşaçının 3 eyni və ya 3 müxtəlif əsərə səs vermək imkanı var. Verilmiş səslər nəticəsində mükafata layiq ilk 3 yeri tutan səməninin müəllifi bəlli olub.
Səsvermənin nəticələrinə görə Novruz Məmmədov, Elvin Nəbizadə və Lamiyə Əhməd müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Mükafatlandırılan qaliblər, yüksək səviyyədə təşkil olunan belə bir müsabiqənin reallaşdırılmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər. Onlar bu layihələrin istedadlı gənclərin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.
Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

