Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində moda nümayişi keçirilib
15.07.2014 [10:35]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib
İyulun 12-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
“Müasir dəbdə Azərbaycan cazibəsi”nin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.
Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilməsi uğurlu alınıb. Kolleksiyada od və nar elementlərindən də istifadə edilib.
Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
Modelyer Renato Balestra qədim tarixə malik olan Azərbaycan xalqının milli naxış və ornamentlərini araşdırıb, öyrənib və onları modifikasiya edərək gələcəyə yönələn dəbə tətbiq edib.
Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.
Modelyer jurnalistlərə müsahibəsində deyib: “Düşünürəm ki, bu təqdimat çox maraqlı alındı. Çünki bu, Azərbaycan xanımlarının ənənəyə, eyni zamanda, müasirliyə nə qədər bağlı olduğunu göstərir. Bu nümayişin ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyükdür və mən buna görə ona təşəkkür edirəm. Mən müxtəlifliyi və dəyişikliyi sevirəm. Bugünkü dəfilə də bu qəbildəndir. Onu da deyim ki, dəfilədə Azərbaycanın rəmzlərindən geniş istifadə olunmuşdur və bu da mənim ölkənizə olan sevgimdən irəli gəlir”.
Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin milli mətbəxinin də təqdimatı olub. Azərbaycan mətbəxinin ləziz təamları çoxsaylı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Kann şəhərində baş tutan Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil edilən tədbirlər bir daha sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

