“ÜNS” Yaradıcılıq Səhnəsi yeni teatr mövsümünü “Fedra” mistik dramının tamaşası ilə açıb
09.10.2015 [10:09]
Oktyabrın 7-də “ÜNS” Yaradıcılıq Səhnəsi 9-cu teatr mövsümünü Rusiyanın və Ukraynanın Xalq artisti Roman Viktyukun rejissoru olduğu “Fedra” mistik dramının tamaşası ilə açıb. Özündə ənənə və yeniliyi birləşdirən və hər zaman tamaşaçılara maraqlı əsərlər təqdim edən “ÜNS” Yaradıcılıq Səhnəsində bu dəfə tanınmış rejissor Roman Viktyukun Teatrı çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Fedra” tamaşasının Azərbaycan teatrsevərlərinə təqdimatından əvvəl əsas rollardan birini canlandıran Aleksandr Dzyuba çıxış edərək əsərin bu səhnədə nümayiş etdiriləcəyindən məmnunluğunu ifadə edib və “ÜNS” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirib. Aktyor onunla birlikdə Bakıya gələn yaradıcı qrupun paytaxtımızın gözəlliyinə heyran qaldığını da vurğulayıb.
Sonra baş rolun ifaçısı, Rusiyanın Əməkdar artisti Dmitri Bozin əsərin süjet xətti barədə məlumat verib. Bildirib ki, yunan mifologiyasına görə Minos şahının qızı Fedra Tezeyin həyat yoldaşı olub. O, oğulluğu İppolitə vurulur, amma hissləri qarşılıqlı olmadığına görə intihar edir. Bu əsərdə sevgi ilahəsi Afrodita və sevgini inkar edən Artemida ilahəsinin konflikti göstərilir. Qədim mifologiyada və dünya ədəbiyyatında Fedra obrazı - günahkar sevgi obrazıdır. Amma minilliklər ərzində bu obraza verilən mənalar, əlbəttə ki, dəyişib, Fedra obrazı daha da dərinləşib, yeni rənglərlə zənginləşib. Bir çox yazıçı və şairlər Fedranın faciəvi taleyinə müraciət edərək, obraza yeni interpretasiyalar əlavə ediblər, onun günahlı sevgisinə olan münasibət qadının qınanmasından dərdinə şərik olmaq dərəcəsinə qədər dəyişib.
Rolları Dmitri Bozin (Gecənin ruhu, Fedranın maskasında), İqor Nevedrov (İppolit), İvan İvanoviç (Tale), Aleksandr Dzyuba (Tezey) canlandırıblar. Əsərin əvvəlində konflikt sevgi ilahəsi Afrodita və sevgini inkar edən Artemida arasında qurulub. İppolitin Artemida ilə ittifaqı, onun Afroditanı inkar etməsi çox vacibdir. İppolit sevgiyə ikrahla yanaşır. Afrodita Fedra vasitəsilə Tezeyi və İppoliti məhv edir. “Etiraf” səhnəsində İppolit söyləyir ki, qadın sevməzliyi ona anasının kişilərə olan nifrətindən keçib. Bu səhnə Fedranın İppolitə ikisinin birgə ölmək arzusu ilə müraciəti və oğlanın kobud cavabı ilə bitir. Fedranın əbədi dünyaya can atmaq barədə düşüncələri onun təcrid olunmuş durumundan çıxış yoludur. Fedra yalnız İppolit qarşısında utanır, qorxur və onun tərəfindən rədd edildiyi üçün məhv olur. Mariya Svetayevanın da vaxtilə yazdığı kimi, Afrodita tərəfindən göndərilmiş bu sevgi Tezeyi cəzalandırmaq üçündür. Fedra yalnız günahsız qurbandır. Bunu çar Tezeyin “Günahkar yoxdur. Hamı günahsızdır” fikirlərindən də görmək olar.
Tamaşa Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə hazırlanıb.
Beləliklə, sənət aləmində özünəməxsus ab-hava, ovqatla seçilən “ÜNS” Yaradıcılıq Səhnəsi yeni mövsümü maraqlı əsərin təqdimi ilə başlayıb. Tamaşa boyu sözün, musiqinin, ritmin, xoreoqrafiyanın sintezi ilə aktyorların səs tonlarının, jestlərinin və mimikalarının düzgün təqdimatı tamaşaçı üçün bu mistik dramı daha da yaddaqalan edib.
Tamaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilib.
“ÜNS” Yaradıcılıq Səhnəsinin 9-cu mövsümünün ilk tamaşası alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

