Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Obamaya hədiyyə olunan kitab bestsellerə çevrildi

Obamaya hədiyyə olunan kitab bestsellerə çevrildi

01.05.2009 [14:11]

Amerika sammitində Venesuela prezidenti Uqo çaves “Latın Amerikasının açıq venaları” adlı kitabı ABŞ prezidenti Barak Obamaya hədiyyə etməsindən sonra nəşr Amazon internet saytının bestsellerlər siyahısında əlli mininci pillədən beşinci yerə yüksəlib. Uruqvaylı yazıçı Eduardo Qaleanonun kitabını monumental əsər adlandıran prezident çaves nəşrdə yazılanların reallıqları əks etdirdiyini deyib və Eduardo Qaleanonu dahi Uruqvay yazıçısı kimi qiymətləndirib. Ağ Ev rəsmilərinin yaydığı məlumatda isə deyilir ki, kitab ispan dilində olduğundan, prezident üçün onu oxumaq asan olmayacaq.
Qeyd edək ki, prezident çavesin kitab seçiminin belə qlobal əks-sədaya səbəb olması birinci hal deyil. Belə ki, çavesin bir zamanlar kitab tövsiyələri amerikalı ziyalı Noam çomskinin də adını dillər əzbəri etmişdi. üç il öncə prezident BMT-də çıxış edərkən, yazıçının “Hegemonluq ya Sağ qalma” kitabını tərifləmişdi ki, hadisədən bir neçə gün sonra Amerika və Avropada nəşrin bütün nüsxələri satılmışdı. Nəşriyyatçılar isə on minlərlə yeni nüsxə üçün sifarişlər almışdı.

Paylaş:
Baxılıb: 1341 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31