/ / Bu yayın ən qaynar hadisəsi “Jara” olacaq: Bakıda 500 musiqiçinin iştirakı ilə beynəlxalq festival başlayır
Bu yayın ən qaynar hadisəsi “Jara” olacaq: Bakıda 500 musiqiçinin iştirakı ilə beynəlxalq festival başlayır
27.07.2017 [09:28]
Günəşli Bakıya “Jara” gəlir. İyulun 27-dən 30-dək Bakıda - Xəzərin qumlu sahilindəki möhtəşəm “Sea Breeze Resort” istirahət mərkəzində 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalı keçiriləcək. Bu böyük musiqi bayramının səhnəsini dünyaca məşhur Alla Puqaçova, Sofiya Rotaru, Filip Kirkorov, Nikolay Baskov, Layma Vaykule, EMİN, Qriqori Leps, Oleq Qazmanov və onlarla digər estrada ulduzu paylaşacaq.
AZƏRTAC xəbər verir ki, açılış günündə - iyulun 27-də səhnəyə Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATİK, “Vremya i Steklo”, EMİN, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
İyulun 28-də Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Alekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyk’oza, Nikolay Baskov və başqaları Sofiya Rotarunun ən yaxşı mahnılarını müasir tərzdə ifa edəcəklər.
İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək. Primadonnanın sevimli hitlərini müasir tərzdə və dəbli aranjimanda ən parlaq ulduzlar - Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları səsləndirəcəklər.
Festivalın bağlanış günü - iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları maraqlı duetlər, məşhur hitlərin fərqli ifası, parlaq musiqi nömrələri gözləyir. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.
“Jara”nın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, aparıcıları isə Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.
Qeyd edək ki, hazırda çoxlu yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jara” musiqi aləmində həqiqətən əlamətdar hadisəyə çevrilib. Bu, Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və mühüm hadisəyə çevrilməklə yanaşı, həm də strateji tərəfdaşlar olan ölkələrimizin dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir.
“Jara”nın təşkilatçıları bildirirlər ki, əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil. Onlar göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32

