“Yarımçıq əlyazmanın” odisseyası
03.11.2017 [10:02]
Görkəmli yazıçı Kamal Abdullanın müəllifi olduğu “Yarımçıq əlyazma” romanının odisseyası davam etməkdədir. Dünyanın müxtəlif ölkələrində nəşr olunmuş roman bu dəfə Yaponiyada işıq üzü görüb. Nüfuzlu “Suseyşa” nəşriyyatında “Səbirsizliklə gözlənilən əsər” seriyasında çap edilmiş kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri əksini tapıb. Kitabda müəllif haqqında qısa məlumat da verilib.
AZƏRTAC xəbər verir ki, maraqlı tərtibatda oxuculara təqdim olunan romanı yapon dilinə Vaseta Universitetinin (Yaponiya) professoru İto İçiro tərcümə edib. Bu roman Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır. Bundan əvvəl araşdırmaçı alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində müəllifin “Sehrbazlar dərəsi” romanı Yaponiyada nəşr olunub.
Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Gürcüstan, Misir, İtaliya və digər ölkələrdə çap olunub. Habelə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Fransa və İtaliyada təkrar çap edilib.
Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb. Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar.
Xatırladaq ki, məşhur italyan yazıçısı, semiotiki Umberto Eko “Yarımçıq əlyazma” romanını oxuduqdan sonra müəllifi İtaliyaya öz evinə dəvət edərək onunla ədəbiyyat və mədəniyyət barədə müzakirələr aparıb, roman haqqında müsbət fikirlər səsləndirib.
Tanınmış rus yazıçısı Aleksandr Tkaçenko isə bildirib ki, Folkner öz “Yoknapatofu”nu, Markes “Makondası”nı, Fazil İsgəndər öz “Çegemi”ni yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradıb.
İtaliyanın məşhur “Scano prayz” ədəbi mükafatına layiq görülən “Yarımçıq əlyazma”nın odisseyasının davamında romanın yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına qazanılan uğurdur.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

