/ / UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar təşkil edilib
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar təşkil edilib
04.07.2019 [09:47]
Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də paralel iclaslarla işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Mədəni irsin təsirinin qiymətləndirilməsinə yenidən baxılması: İstanbul təcrübəsi” mövzusunda paralel iclasda Türkiyədə turizm və infrastrukturun inkişafından söz açılıb. Yeni tikililərin, eləcə də urbanizasiya prosesinin ümumbəşəri dəyərlərə malik tarixi abidələrə mənfi təsiri barədə fikir mübadiləsi aparılıb.
UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler sessiyada təşkil edilən paralel iclasların maddi və mədəni irsin qorunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Tədbirdə ICOMOS tərəfindən ümumdünya mədəni irs abidələri ilə bağlı hazırlanmış təlimat təqdim edilib və müzakirələr aparılıb.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları cari ilin aprelində Türkiyənin İstanbul şəhərində mədəni irs abidələrinin qiymətləndirilməsinə həsr olunan seminarda irəli sürülən təklifləri Bakı sessiyasında yenidən nəzərdən keçiriblər.
Türkiyənin UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Altay Cengizer plenar iclasda İstanbuldakı qədim tarixi abidələrlə bağlı məlumat verib və ölkəsində tarixi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb.
Növbəti plenar iclas çərçivəsində isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin büdcə məsələləri üzrə işçi qrupunun iclası keçirilib.
İştirakçı dövlətlərin və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM), Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə iştirakçı dövlətlərin mədəni irsin qorunub saxlanılması üzrə Konvensiyada nəzərdə tutulan öhdəlikləri ilə bağlı irəli sürülən yeni təkliflər ətrafında müzakirələr aparılıb.
İclasda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 2018-2019-cu il üzrə büdcə hesabatı dinlənilib və qurumun 2020-2021-ci il üzrə büdcəsi müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38

