Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edib
20.11.2020 [09:54]
Metropolitan İncəsənət Muzeyinin erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama, Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinə xatırladır ki, təqribən otuz il müddətində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini qanunsuz olaraq işğal altında saxlayıb.
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.
Yüzlərlə tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı bu vandalizminin qurbanına çevrilib.
İşğal olunmuş ərazilərdəki bütün məscidlər və digər İslam irsi demək olar ki, məhv edilmiş və donuzların saxlanıldığı məkana çevrilmişdir. İnsanlığa qarşı bu cinayətlər müxtəlif internet saytlarında və forumlarda öz əksini tapıb.
Müvafiq elmi araşdırma və tədqiqat aparmadan Metropolitan İncəsənət Muzeyi kimi nüfuzlu bir mədəniyyət müəssisəsinin aldanması və erməni təbliğatının alətinə çevrilməsi təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır.
Nazirlik Azərbaycan irsinin vəziyyətinə yerində baxış keçirmək və Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq məqsədilə Metropolitan İncəsənət Muzeyini texniki missiya üçün işğaldan azad olunmuş ərazilərə dəvət edir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

