Sənətkarlar ailəsində göz açan “Qaraca çoban”
01.06.2022 [10:23]
MÜŞFİQƏ
Hərzə-mərzə söyləmə itim yağı,
Mən kimsənin boyunduruğuna girmərəm.
Gələcəyin varsa, görəcəyin də var.
Qaraca çoban sapandına iri-iri daşlar qoydu, atdı. Birini atanda yağının ikisini, üçünü yıxdı. İkisini atanda üçünü, dördünü yıxdı. Yağıların canına vəlvələ düşdü. Çobanın daşı tükəndi, qoyun, keçi deməz, sapandına qoyar, atar, yağıların dördün, beşin bir yerə yıxar. Gen dünya yağının başına dar oldu.
O, çoxlarımızın hafizəsinə “Dədə Qorqud” filmindəki Qaraca çoban personajı kimi yazılmışdı. Öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilən, Oğuz elinə düşmənlər hücum edən zaman yurdunun müdafiəsinə qalxan, düşmənin hərbə-zorbasından qorxmayan, onların təklif etdiyi var-dövlətdən, bəylikdən imtina edən Qaraca çoban obrazının mahir ifaçısı Elçin Məmmədovdan danışacağıq.
Bu günlərdə Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr rəssamı, əməkdar incəsənət xadimi, mərhum aktyor Elçin Məmmədovun 75 illik yubileyi qeyd olunub. Elçin Məmmədov 29 may 1946-cı ildə Azərbaycanın iki böyük sənətkarının - rejissor Mehdi Məmmədov və Xalq artisti Barat Şəkinskayanın ailəsində dünyaya gəlib.
Valideynləri sənət adamı idilər. Odur ki, səhər saat 10-da teatra gedər, günorta evə gəlib yemək yeyər, dincələr, axşamlar isə tamaşaları olduğu üçün yenidən teatra qayıdardılar. Ona görə də Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb. 11-ci sinifi bitirdikdən sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur.
Uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi “Mənim qardaşım klarnetdə çalır” tamaşasının rəssamı olub və bu onun professional səhnədəki ilk işi idi. Sonralar isə daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi “İblis” tamaşasına görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı laureatına, 22 may 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına və 1999, 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Bundan başqa, rəssam Akademik Milli Dram Teatrında M.F.Axundovun “Xırs quldurbasan”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, H.Cavidin “İblis”, M.Qorkinin “Meşşanlar”, S.Vurğunun “İnsan”, V.Şekspirin “Hamlet”; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, N.Nərimanovun “Şamdan bəy”, Anarın “Keçən ilin son gecəsi”, R.Vaqnerin “Salam, Hotsi”; Azərbaycan Dövlət Rus Dram Teatrında M.Qorkinin “Həyatın dibində”, R.Durkonun “Mənim məhəbbətim Elektra”, H.Andersenin “Qar kraliçası”, H.Cavidin “Şeyx Sənan”, M.Şatrovun “Amansız oyunlar” və sair tamaşaların rəssamı olub.
Azərbaycan kinosu tarixində aktyor kimi maraqlı obrazlara imza atıb. “Yeddi oğul istərəm”də Mirpaşa, “Dədə Qorqud” filmində Qaraca çoban kimi yaddaqalan obrazlar canlandırıb.
Taleyin oyununa bax ki, Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olur. Ömür vəfa etsəydi, “Hamlet” tamaşasında rəssam işlərini sona yetirəcəkdi. Ancaq qismət olmur. Son işi yarımçıq qalır. 2001-ci il fevralın 18-də Azərbaycan incəsənətinə böyük itki üz verir. Rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

