“Rüstəm İbrahimbəyov Azərbaycan xalqının ancaq 1 faizinin səsini qazana bilər”
03.07.2013 [01:46]
Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov qiyabi namizəddir
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:
- “Milli şura” prezidentliyə vahid namizədini müəyyənləşdirib. Seçkidə bu qurumu Rüstəm İbrahimbəyov təmsil edəcək. Bu seçimi necə qiymətləndirirsiniz? YAP Rüstəm İbrahimbəyovu ciddi rəqib kimi qəbul edirmi?
- Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda azad, ədalətli seçki mühiti var, istənilən Azərbaycan vətəndaşı qanunla müəyyən olunan şərtlər əsasında prezidentliyə namizədliyini irəli sürə bilər. İstər partiya, hərəkat sədrinin, istərsə də adi vətəndaşın belə bir hüququ var. Bunun üçün həmin şəxsin azı 35 yaşı, ali təhsili olmalı, o, son 10 ili Azərbaycanda yaşamalıdır.
Biz heç bir iddiaçını YAP-ın namizədinə alternativ, rəqib kimi görmürük. “Milli şura” heç bizim hansısa rayon təşkilatına alternativ ola bilməz. Ən azı intellektual cəhətdən YAP-ın hansısa rayon təşkilatına da çata bilmirlər. Hər partiyadan 5-6 nəfər “Milli şura”da yığışıb adını nə qoyur qoysun, onsuz da mahiyyətləri bəllidir.
- Rüstəm İbrahimbəyov namizədliyi irəli sürülən iclasda iştirak etməyib...
- Rüstəm İbrahimbəyov Azərbaycanda olmadığı halda onun namizədliyinin verilməsi qiyabi namizədlikdir. Necə ki, universitetlərdə qiyabi oxuyanlar, axşam şöbəsində oxuyanlar olur, bu da elə formada qiyabi şəkildə namizədliyini verib. O, heç əyani namizəd də ola bilməyib.
Seçki kampaniyasının üç əsas şərti var. Birinci şərt zamandır. Bu, yeganə resursdur ki, itirsən, onu bərpa etmək mümkün deyil. İkinci şərt sosial bazadır. Prezidentliyə iddia edən adamın güclü elektoratı olmalıdır. Üçüncü şərt seçki kampaniyasını, təbliğat-təşviqatı həyata keçirmək üçün lazım olan maliyyə dəstəyidir. Ən əsas amil isə namizədin özüdür.
“Milli şura” adı altında bir araya toplanan 5-10 nəfər şərtlərdən biri olan zamanı itirib. Çünki seçkiyə bir il qabaq hazırlıq görülməlidir. Bu, bütün dünyada belədir. Amma onlar hələ indi qiyabi, şifahi bir namizəd formalaşdırıblar. Onu da hələ tam başa çatdırmayıblar.
Onların sosial bazası da yoxdur, xalq onları dəstəkləmir. Həm də gözləyirlər ki, kimsə maliyyə dəstəyi göstərəcək. Elə bunun hesabına da ora yığışıblar. Amma bu maliyyə dəstəyi də hələlik ortada yoxdur.
Namizədləri də ki olsa-olsa ancaq bir rejissordur. Rüstəm İbrahimbəyov nə ictimai-siyasi xadimdir, nə dövlət adamıdır. Ancaq kinorejissor kimi tanınır və Azərbaycan xalqının da ancaq 1 faizinin səsini qazana bilər. Bütün bunlar da onu göstərir ki, onlar əsl seçkiyə hazırlaşmırlar, ümumiyyətlə seçki işi ilə məşğul olmurlar.
- Rejissor Rüstəm İbrahimbəyov siyasi ssenari əsasında Azərbaycan tarixinə düşən siyasi film çəkə bilərmi?
- O, heç adi kinonu yaxşı çəkə bilmir, o ki, qaldı siyasi kino çəksin. Ona görə də, onun işi baş aldatmaqdır. O, ətrafına yığışan siyasi partiyaları da pis vəziyyətə qoyacaq. Necə ki, vaxtilə bir yerdə işlədiyi adamları pis vəziyyətə qoyub, - o adamlar indiyə qədər də səslərini çıxarıb danışmırlar, - o cür də bu partiya sədrlərini aldadıb pis vəziyyətə qoyacaq.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32

