Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

23.07.2026 [22:16]

Avropa İttifaqı rəqəmsal bazar qaydalarını pozduğuna görə “Google” şirkətini ümumilikdə 890 milyon avro məbləğində cərimələyib.

AZƏRTAC xəbər verir ki, cərimənin 460 milyon avroluq hissəsi şirkətin axtarış sistemində öz xidmətlərinə üçüncü tərəf platformaları ilə müqayisədə üstünlük verməsi ilə bağlıdır.

Avropa Komissiyasının qənaətinə görə, “Google” idman nəticələri, tərcümə xidmətləri, eləcə də hotel, restoran, aviareys və dəmir yolu marşrutlarının axtarışı kimi xidmətləri sorğu nəticələrində xüsusi vizual elementlər, filtrlər və yuxarı sıralarda yerləşdirməklə üstün mövqedə təqdim edib. Bu isə Rəqəmsal Bazarlar Aktının (DMA) şəffaf, ədalətli və ayrı-seçkilikdən uzaq reytinq tələblərinə zidd hesab olunub.

Cərimənin 430 milyon avroluq hissəsi isə “Google Play” tətbiqindəki qayda pozuntularına görə tətbiq edilib. Komissiyanın mövqeyinə görə, tətbiqin tərtibatçıları istifadəçilərin daha sərfəli alternativ alış imkanları barədə məlumatlandırılmasına və onları digər satış kanallarına yönləndirilməsinə mane olur.

“Google” şirkətinə bu pozuntuları aradan qaldırmaq üçün 60 gün vaxt verilib. Əks halda şirkətə illik qlobal dövriyyəsinin 5 faizinədək cərimələr tətbiq oluna bilər.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31