Şənbə üçün nəzm
12.09.2026 [08:36]
Nə fərqi, hardasan, elə hər yerdə
adamlar ləng olur, ömür tələsir.
Qayıt gəl, uzaqlıq qəssablar kimi,
taleyin ən yaxşı yerindən kəsir.
İstanbul dizimin dibidir mənim,
rəsmi sənədlərdə ancaq uzaqsan.
Uçur ümidlərim təyyarələrdə,
bilirəm, nə vaxtsa qayıdacaqsan.
Orda hansı səmtə bükülür dizin?
Orda necə axır gözünün yaşı?
Məni unutmaqçün dualar elə,
Allahın evi var hər addımbaşı.
Mən də unudardım, iradəm deyil,
Səni unutmağa ürəyim qıymır.
Bizi bu şəhərlər, küçələr, evlər,
məscidlər ayırır, Allah ayırmır...
Daha şeirlərlə dolur boşluğun,
ölkə sərhədlərin aşır həsrətin.
İndi şeirlərin əzbər bilirəm,
Attila İlhanın, Nazim Hikmətin..
***
Ta keçmişəm tarix yazan yaşımı,
Yaşamaqla aldadıram başımı.
Buraxmışam azad könül quşumu,
Uçur, uçur, sənə qonur, görürsən?
Nəyim çatmır, var əlimin əsası,
Geyinmişəm qərib dərviş libası.
Allah məni qəbul edər, Leylası?
Saqqalım da tez uzanır, görürsən?
Bu dərd məndə bir sevgidən qalıqdır,
Yanan könlüm kor gözümə işıqdır.
Axı sənin bəsirətin açıqdır,
Uzaqda bir ürək sinir, görürsən?
Baxan mənə görür ki, can üstəyəm,
Gör nə çoxdur məni ötmək istəyən.
Öz-özündən çıxıb getmək istəyən
Ayağından yaralanır, görürsən?
***
Anamın doğmalığı atamın yoxluğunu
ört-basdır edəndə anladım ki,
insan ancaq Allahsız yaşaya bilməz.
Sənsiz də yaşamaq olurmuş, qadası.
Misal üçün, məni səhər yuxudan oyadan da var,
axşam “Evə tez gəl” deyən də.
Gör bir necə varlığı qoymuşam yoxluğuna.
Şuşada özünü güllənin qabağına verən əsgərin cəsarətinə
and olsun ki,
daha yıxılmıram sənin boşluğuna.
Yaxşıyam, canım üçün, yaxşıyam.
Elə sən də yaxşısan.
Mənim olmadığım yerlərdə
xoşbəxtlik var, bilirəm.
Elə sənin olduğun yerlər kimi,
80-ci illər kimi.
Bir də ki, səni təzədən sevməyə nə var?!
Özün də yaxşı bilirsən,
bilirsən ki,
əlimin çatmadığı yerə ürəyim çatırsa,
əlçatmaz deyilsən.
Özün də yaxşı bilirsən...
***
Böyük-böyük təpələrə
balaca-balaca daşlar yığıb
Əbabil quşlarını gözləyirəm.
Ya onlar gələnəcən,
ya hicrət yaşınacan
yaşamaq istəyirəm.
Lalam, koram, karam,
danışsam, Allahla danışaram.
Getsəm, sur səsinə gedərəm,
gəlsəm, qanad səsinə gələrəm.
Bundan sonra ölsəm,
bir qadının yox,
Əzrailin baxışına ölərəm.
Düşmüşəm Mustafanın izinə,
dua edirəm hamının əvəzinə.
Bağışla, Allah, bağışla.
Bağışla bu Yer kürəsini,
bağışla bir uşağa.
Əlini yandırmaqdan qorxar o,
atmaz dünyanı ocağa.
Ya Rəhman. Ya Rəhim.
Bu zikrin bir neyi çatmır.
Adamın nəfəsi yetmir,
adamın ürəyi çatmır.
***
Yenə sizin küçəni qarış-qarış gəzmişəm;
deməli, 13 ağac, 6 işıq dirəyi,
bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm,
işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait?!
Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altında bir az
zümzümə eləyirəm,
bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...
Ax, bu yeniyetmələr!
Ax, bu yeniyetmələr!
Məscidin hasarında:
“Günel, səni sevirəm!”
“Günel, məni bağışla!”
“Günel, çox darıxmışam!” -
qırmızı, ağ yazılar...
Quşlar divardan məktub götürə bilmir axı,
alın yazılarını bura nahaq yazırlar...
Görəsən, minarədən
özümü yerə atsam,
mənə günah yazılar?
İstəyirəm, qışqırım küçənin ortasında:
“Günel, o səni sevir!”
“Günel, onu bağışla!”
“Günel, o, çox darıxıb!”
Səni görsəm, qorxuram, “Günel” deyim karıxıb.
Hava da ki çox isti, ürəyim də sıxılır,
eh, bu darıxmaq da ki yığıb məni boğaza.
Siqaret də qurtarıb.
Tərsliyə bax, mən çəkən siqaretdən də satmır
küçədəki mağaza.
Məndən 5-6 ağac o tərəfdə bir nəfər
bir ağaca söykənib, işığa gözün dikib,
itlər ilə danışır, dərindən nəfəs alır.
Deyəsən, o Günel də sizin küçədə qalır...
***
Qırıb bir yana atmışam
saatı qurmamaq üçün.
Hər şeyə gözümü yumub,
yatıram durmamaq üçün.
Üzünə dəyməsin deyə,
əlimi də gizlədirəm.
Dilimi də gizlədirəm,
qəlbini qırmamaq üçün.
Dünya kimin məzarıdı,
bura doğulub girirəm.
Suya boğulub girirəm,
özümü yormamaq üçün.
***
Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən Vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...
Rəşad Nağı Mustafa
Xəbər lenti
Hamısına baxGündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25

