Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

12.09.2026 [18:16]

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının əsas namizədi Ulrix Ziqmundun deportasiyalarla bağlı silahlanma vasitələrindən istifadə barədə açıqlaması ölkədə sərt reaksiyalara səbəb olub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, U.Ziqmund AfD fraksiyasının Maqdeburq parlamentində iclasından sonra İsrailin “Elbit” silah şirkətinin bölgədə yerləşməsi ilə bağlı sualı cavablandırarkən partiyanın planlaşdırdığı “remiqrasiya və deportasiya kampaniyası” üçün müvafiq vasitələrə ehtiyac olacağını deyib.

Bu açıqlama Sosial Demokratlar Partiyası (SPD), Sol və Yaşıllar partiyaları tərəfindən sərt tənqid edilib. SPD-dən Dirk Vize U.Ziqmundun “deportasiya planlarını döyüş silahlarının köməyi ilə həyata keçirmək istədiyini” deyib. Sol Partiyanın fraksiya rəhbəri Sören Pelman isə bu fikirləri demokratiya üçün təhlükə kimi qiymətləndirib.

Yaşıllar Partiyasının həmsədri Feliks Banaszak açıqlamanı “narahatedici” adlandırıb. Sahra Vaqenknext İttifaqının (BSW) təmsilçiləri Fabio De Masi və Klaudiya Vittiq də tənqidi mövqe sərgiləyiblər. K.Vittiq vurğulayıb ki, deportasiya hərbi vəzifə deyil.

U.Ziqmund isə son açıqlamasında silahlanma anlayışının yalnız silahları deyil, nəqliyyat vasitələri, qoruyucu texnika və digər avadanlıqları da əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu sahə hüququn təmin edilməsi və deportasiyaların həyata keçirilməsi üçün gücləndirilməlidir.

Paylaş:
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30