Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

12.09.2026 [22:35]

Yunanıstan bu ilin ilk yarısında əhalinin sayına nisbətdə sığınacaq müraciətlərinin həcminə görə Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstəricini qeydə alıb.

AZƏRTAC xəbər verir ki, “Kathimerini” nəşrinin məlumatına görə, ilin ilk 6 ayında Yunanıstanda təxminən 23 min beynəlxalq müdafiə müraciəti qeydə alınıb.

Hesablamalara əsasən, bu, hər 1 milyon əhaliyə 2254 müraciət deməkdir. Başqa sözlə, ölkədə təxminən hər 444 sakinə bir sığınacaq müraciəti düşüb. Aİ+ ölkələri üzrə orta göstərici isə hər milyon nəfərə təxminən 710 müraciət təşkil edib.

Beləliklə, Yunanıstanın əhalinin sayına nisbətdə qəbul etdiyi müraciətlərin səviyyəsi Avropa orta göstəricisindən 3 dəfədən çox yüksək olub. Ölkənin Aralıq dənizi miqrasiya marşrutlarının əsas giriş nöqtələrindən biri olması bu göstəriciyə təsir edən başlıca amillərdən sayılır.

Yunanıstan uzun illərdir Aİ-yə qeyri-qanuni miqrasiya və sığınacaq axınının əsas istiqamətlərindən biridir. Miqrasiya axınının yüksək səviyyədə qalması qəbul mərkəzlərinin imkanları, müraciətlərə baxılma müddəti, sərhəd təhlükəsizliyi və Aİ daxilində məsuliyyətin bölüşdürülməsi məsələlərini yenidən gündəmə gətirir.

Yunanıstan hökuməti Aİ-nin xarici sərhədlərində yerləşən dövlətlərin miqrasiya yükünün daha ədalətli bölüşdürülməsini və üzv ölkələr arasında həmrəylik mexanizmlərinin gücləndirilməsini uzun müddətdir tələb edir.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30