/ / Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davamlı olmasını istəyir
Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davamlı olmasını istəyir
30.03.2018 [10:17]
Milli Məclisin deputatı Əsabil Qasımov www.yap.org.az saytına müsahibə verib:
- Əsabil müəllim, Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir, ölkəmizdə aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti necə qiymətləndirirsiniz?
- Yüksək beynəlxalq nüfuza və özünəməxsus inkişaf modelinə malik olan Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi ictimai-siyasi vəziyyət sabitdir. Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir, hər bir namizədə bərabər şərait yaradılıb, siyasi mübarizə üçün rəqabət mühiti mövcuddur və bütün bunlar seçkilərin demokratik, şəffaf və ədalətli keçəcəyini deməyə əminlik yaradır. Ümumiyyətlə, təxminən 27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəngin və mütərəqqi seçki təcrübəsi mövcuddur. Bu zamana qədər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə baş tutub və beynəlxalq miqyasda təqdirlə qarşılanıb. Hazırkı reallıqlar, yəni mövcud şərait məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını - Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir.
Ölkəmizdə seçkiöncəsi şəraiti səciyyələndirən ən mühüm amillərdən biri məhz ictimai-siyasi sabitlikdir. Cənab İlham Əliyevin 2003-cü ildən indiyə qədər ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabitlik adası kimi səciyyələndirilib. Bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir. Bütün bu nailiyyətlər isə Azərbaycanda ictimai-siyasi sabitliyi şərtləndirir.
Azərbaycan prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.
- Azərbaycan vətəndaşları cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qiymətləndirərkən iqtisadi inkişaf amilini əsas götürürlər. Ölkəmizin ötən müddət ərzində iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan 2003-cü ildən etibarən sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Neft gəlirlərindən səmərəli istifadə olunaraq qeyri-neft sektorunun inkişafı təmin olunub, bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və Azərbaycan qüdrətli dövlətə çevrilib. Statistik göstəricilər Azərbaycanın son 14 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf mərhələsi keçdiyini bariz şəkildə əks etdirir. Son 14 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi 3,2, sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatı məhsulu istehsalı 1,7, büdcə gəlirləri 13,5 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi, hazırda isə 42 milyard dollara bərabərdir. Orta aylıq nominal əməkhaqqı 6,8, minimum əməkhaqqı 12,9 dəfə artım təşkil edib. İşsizlik səviyyəsi 5, yoxsulluq isə 5,4 faizə enib. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin real nəticələridir. Son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm amil kimi çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Son 14 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edilib. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosial məzmunlu olmasına dəlalət edir və bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində məhz vətəndaşların mənafeyi dayanır. Buna görə də Azərbaycan cəmiyyəti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin davamlı olmasını istəyir.
- Son 14 il ərzində həyata keçirilən siyasətin uğurlu nəticələrindən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bu sahədə görülən işlər və əldə edilən nəticələr barədə nə söyləmək olar?
- Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Dövlətimizin başçısının fərmanları ilə təsdiqlənərək 2004-cü ildən indiyədək uğurla reallaşdırılan müvafiq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan konkret vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Bunun əyani göstəricisi bölgələrin hərtərəfli və dinamik inkişafıdır.
Cənab İlham Əliyev 2003-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdü və Prezident seçildikdən sonra bu təşəbbüsü reallaşdıraraq bölgələrin inkişafına xidmət edən müvafiq Dövlət proqramlarının icra olunmasını təmin etdi. Cənab İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırıldı və müsbət göstəricilər əldə olundu. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı isə hazırda yerinə yetirilir və qazanılan uğurlar göz qabağındadır. İlk Dövlət Proqramının icrasına başlanmasından etibarən regionlarda 70 mindən çox müəssisə fəaliyyətə başlayıb, bölgələrdə ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyard manatdan çox vəsait yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol infrastrukturunun yenilənməsinə, müxtəlif layihələrin reallaşdırılmasına və abadlıq-quruculuq işlərinin aparılmasına, eləcə də digər məsələlərə əlavə maliyyə vəsaitlərinin ayrılmasına dair çoxsaylı sərəncamlar imzalanıb.
- Əsabil müəllim, cənab İlham Əliyevin rəhbərliyi ilə bu zamana qədər əldə edilən çoxsaylı nailiyyətlər və ölkəmizin dayanıqlı inkişafının təmin olunması gələcəyə dair nikbin proqnozlar ifadə etməyə imkan verir. Gələcək hədəflər və inkişaf perspektivləri barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan 2003-cü ildən bu günə qədər hərtərəfli inkişaf yolu keçib, bütün sahələrdə çoxsaylı uğurlar əldə olunub. Bütün bunlar gələcəyə optimist baxmağa əsas yaradır. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə islahatlar növbəti illərdə də uğurla davam etdiriləcək, qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Növbəti mərhələdə də qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə strateji əhəmiyyətli tədbirlər davam etdiriləcək.
Nəticədə, sadalananlar Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Buna görə də bu inkişafın davamlı olmasını istəyən Azərbaycan vətəndaşlarının yeganə seçimi məhz cənab İlham Əliyevdir!
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

