/ / YAP hər zaman gənclərə etimad göstərir və bu etimadı doğrultmaq üçün gənclər bütün qüvvələrini səfərbər etməlidirlər
YAP hər zaman gənclərə etimad göstərir və bu etimadı doğrultmaq üçün gənclər bütün qüvvələrini səfərbər etməlidirlər
22.01.2020 [11:13]
14 saylı Xəzər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Şəfəq Əhmədova www.yap.org.az saytına müsahibə verib:
- Şəfəq xanım, məlum olduğu kimi, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Sizcə, Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı uğurlarla gedir?
- Yeni Azərbaycan Partiyası ötən 27 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib.
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 750 minə yaxın üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
- Yeni Azərbaycan Partiyasının fəaliyyətində gəncliyin inkişafına da xüsusi diqqət yetirilir. Gənclərə göstərilən diqqət və qayğı hansı nəticələr verməkdədir?
- Ölkəmizdəki dövlət gənclər siyasəti, gənclərimiz üçün yaradılmış təhsil və karyera imkanları, çoxsaylı təqaüd proqramları, eləcə də 2018-ci ildən etibarən cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar, gənclərə geniş fəaliyyət meydanı verilməsi, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək etimad və gənclərin cəmiyyətdəki rolunu və məsuliyyətini artıran mühüm qərarlar göz qabağındadır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur və adekvat işlər görürlər.
Yerli özünüidarəetmə institutu olan bələdiyyələrə keçirilən son seçkilər ictimai-siyasi fəaliyyətdə maraqlı olan və bacarığını, ideyalarını nümayiş etdirmək istəyən gənclərimiz üçün əvəzolunmaz fürsət oldu. 23 dekabr 2019-cu il tarixində keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən yüksək intellektli, kreativ düşüncəli, bacarıqlı gənclər irəli sürülmüşdür, çünki gənclər inkişaf və yeni ideyalar deməkdir.
Qeyd edim ki, YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.
Bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.
- Partiyamızın Milli Məclisə keçiriləcək seçkilərlə bağlı irəli sürdüyü namizədlər arasında gənclərın də sayı az deyil. Bu göstərici əvvəlki seçkilərlə müqayisədə daha çoxdur. Bu barədə nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyası bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Gənclər bütün seçkilərdə də fəal iştirak edirlər.
Şübhəsiz ki, qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Seçki kampaniyasının müəyyən mərhələlərində gənclərin potensialından geniş istifadə olunacaq. Bu həm də gənclərin təcrübəsinin artırılması üçün çox yaxşı imkandır. Heç təsadüf deyil ki, qarşıdan gələn seçkilərdə YAP-ın irəli sürdüyü namizədlər sırasında 18-35 yaş arasında olan gənclərin sayı 18-ə bərabərdir. Bu göstərici bir daha sübut edir ki, partiyamız hər zaman olduğu kimi, gənclərə etimad göstərir və bu etimadı doğrultmaq üçün gənclər bütün qüvvələrini səfərbər etməlidirlər.
Bütün bunları nəzərə alaraq, düşünürəm ki, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

