Yeni Azərbaycan Partiyası bütün fəaliyyətini dövlətçiliyin inkişafına həsr edir
29.10.2010 [09:09]
- Asəf müəllim, parlament seçkilərinin ən fəal mərhələsi olan təbliğat-təşviqat kampaniyası davam edir və bu ərəfədə sizin seçicilərlə görüşləriniz həm də hesabat xarakteri daşıyır. ümumiyyətlə, son beş ildə Milli Məclisdəki fəaliyyətinizin əsas istiqamətləri nədən ibarət olub?
- Parlament kollektiv bir orqandır, hakimiyyətin bir qoludur. Ona görə də, hər bir millət vəkilinin sözsüz ki, bu kollektiv orqanda iştirakı var. Parlamentin əsas məqsədi qanunvericilik fəaliyyətini gücləndirmək, lazım olan qanunları qəbul edib Azərbaycanın inkişafına nail olmaqdır. Deputatların fəaliyyətinə gəlincə, bu, ilk növbədə, üç əsas istiqamətdə aparılır: birinci istiqamət qanunvericilik fəaliyyətində aktiv iştirak etmək və çalışmaqdır ki, bu zaman qəbul olunan qanunlar seçilmiş bölgənin maraqlarını özündə əks etdirsin, onun inkişafına köməklik göstərsin. İkinci istiqamət ondan ibarətdir ki, millət vəkili Azərbaycanı beynalxalq təşkilatlarda təmsil etsin. Onu da qeyd edim ki, Milli Məclisdə digər parlamentlərlə dostluq qrupları olur. Bir millət vəkili bir neçə dostluq qrupuna daxil edilir, yəni, üzv seçilir. Nəhayət, Milli Məclis üzvlərinin əsas funksiyalarından biri büdcəyə nəzarət, büdcənin qəbul olunması, büdcənin müzakirəsində aktiv iştirak etməkdir. Mənim fəaliyyətimə gəldikdə, qanunların hər birinin müzakirəsində, büdcənin müzakirəsində iştirak etmişəm, eyni zamanda, Gəncə şəhərinin maraqlarını müdafiə etmişəm və bir sıra məsələlər qaldırmışam ki, bunların da çox hissəsi öz həllini tapıb. Mən Elm və təhsil komitəsinin üzvüyəm. Son beşillik deputatlıq fəaliyyətimin əsas istiqamətlərindən biri də “Təhsil haqqında” Qanunun qəbul olunmasında yaxından iştirakla bağlı olub.
- Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü proqram digər partiyaların proqramlarından nə ilə fərqlənir?
- Bizim əsas məqsədimiz güclü dövlət qurmaq, insanlara yüksək həyat tərzi gətirməkdir və bu prinsipləri həyata keçirmək üçün ölkəmizdə yeganə bir siyasi qüvvə var, o da Yeni Azərbaycan Partiyasıdır. Tarixə nəzər salsaq görərik ki, 1991-1992-ci illərdə Azərbaycan xaos içərisində idi. Müxtəlif silahlı dəstələr, müxtəlif siyasi qruplaşmalar ölkəni talan edirdilər. Bir an təsəvvür edək ki, əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi necə ola bilərdi? Sözsüz ki, Azərbaycan bir faciə ilə üzləşərdi. Ona görə də, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və ötən 17 il ərzində hakim Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində Azərbaycan stabil bir dövlətə, regionun lider dövlətinə çevrildi. Partiyanın qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, Onun siyasi məktəbinin yetirməsi, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlər, ölkəmizdə həyata keçirilən iqtisadi-siyasi, demokratik islahatlar bu siyasətin uğurlu nəticəsi kimi dəstəklənir. Demokratiya yolu ilə inkişaf edən Azərbaycanda tətbiq olunan beynəlxalq təcrübə və metodların üstünlükləri, demokratiya və insan haqlarının qorunması, tarazlaşdırılmış xarici siyasətin aparılması, milli təhlükəsizliyin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və digər başlıca müddəalar YAP-ın seçki proqramının əsas mahiyyətini təşkil edir.
- Asəf müəllim, seçicilərin fəallığını necə qiymətləndirmək olar?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin əsas prioritetlərini güclü, qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiya olunması təşkil edir. Bütün maneələrə, keçid dövrünün obyektiv şərtlərinə baxmayaraq, bu gün Azərbaycanda demokratik, hüquqi vətəndaş cəmiyyəti formalaşır, demokratikləşmə prosesi təkamülə, yaradıcı potensiala əsaslanır. Dövlətimizin yeritdiyi müdrik siyasət nəticəsində mükəmməl seçki sistemi təşəkkül tapıb, bu sistem dayanıqlığı ilə bir çox situasiyalarda alternativsizliyini sübut edib. İndi Azərbaycan seçicisi daha sayıq, daha cəsarətlidir və hadisələrin, proseslərin gedişini düzgün qiymətləndirmək, öz taleyini sərbəst şəkildə həll etmək, reallıqlara əsaslanan seçim etmək qabiliyyətinə, gücünə malikdir. Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir. İldən-ilə təkmilləşən seçki qanunvericiliyi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir. Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Söz yox ki, indiyədək keçirilən seçkilərdə birlik və yekdillik göstərən gəncəlilər 7 noyabr 2010-cu ildə öz ənənələrinə sadiq qalaraq, seçki məntəqələrinə gələcək və YAP-ın namizədlərini dəstəkləməklə Azərbaycanın inkişafına, xoş güzəranımıza, yüksək həyat tərzinin təmin olunmasına, yeniyetmə və gənclərimizin intellektual səviyyədə fəal cəmiyyətə qoşulmasına, xoşbəxt gələcəyə səs verəcəklər.
- Yenidən deputat seçiləcəyiniz halda parlamentdə hansı əsas məsələlərlə bağlı təşəbbüslə çıxış etmək fikrindəsiniz?
- Mən artıq 15 ildir ki, deputatam. Əgər yenidən deputat seçilərəmsə, bu istiqamətdə öz işimi davam etdirəcəyəm. Yəni, Azərbaycanı beynəlxalq aləmdə lazımınca təmsil etmək mənim işimin əsas istiqamətlərindən biri olacaq. Məlum olduğu kimi, əmək fəaliyyətimin müəyyən dövrü və deputatlıq fəaliyyətimin bütöv bir dövrü Gəncə ilə bağlı olub. Son illər Gəncə inkişafın yeni mərhələsində inamla addımlayır. Gəncə şəhəri ilə bağlı ötən beş il ərzində bir çox işlər görmüşəm, ərazimdə elə bir orta məktəb yoxdur ki, mən oraya kompüter texnikasının gətirilməsini təşkil etməyim. Bu sahədə işlərimi yenə də davam etdirəcəyəm. O ki qaldı qanunvericiliklə bağlı, sözsüz ki, bu sahədə fəaliyyətim davam etdiriləcək. Mən Elm və təhsil komitəsinin üzvü olduğuma görə hesab edirəm ki, bu sahədə də bir çox işlər görülməlidir. çünki Azərbaycan Boloniya təhsil sisteminə qoşulub, Avropa təhsil məkanına daxil olub. Ona görə Azərbaycanın təhsil sistemi yavaş-yavaş Avropa təhsil sisteminə uyğunlaşdırılmalıdır. Bax bu istiqamətdə də fəaliyyətim olacaq. Mən hesab edirəm ki, əsas fəaliyyətimiz Azərbaycanın parlaq gələcəyi, Avroatlantik məkana inteqrasiyasıdir. Bu da onunla bağlıdır ki, Azərbaycan artıq Avropa məkanına qovuşmaq istəyir. Bunun da kökü var, bunun da kökündə bir amil durur, o da hamımıza yaxşı məlumdur ki, Avropa dəyərləridir. Avropa dəyərləri nədir? Bəziləri elə başa düşür ki, Avropa dəyərləri fiziki bir anlayışdır, coğrafi bir anlayışdır. Xeyr, bu nə fiziki anlayışdır, nə də coğrafi anlayış, bu, bir düşünmə tərzidir. Bu gün Azərbaycanı qarış-qarış gəzsək görərik ki, Azərbaycan xalqı məhz Avropa düşüncəsinə malik olan bir xalqdır və bu da bizə əsas verir ki, biz Avropa məkanına qovuşaq və buna da nail olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

