YAP Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirir
28.07.2011 [10:17]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) dəvəti ilə Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının (PDL) Gənclər Təşkilatının (GT) üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində rumıniyalı gənclər paytaxtda, eləcə də, Azərbaycanın bir sıra rayonlarında olub, yerli gənclər təşkilatlarının nümayəndələri ilə görüşüblər. YAP GB-nin sədri Seymur Orucov əməkdaşımızla söhbətində bu səfər, eləcə də, YAP GB-nin beynəlxalq əlaqələri ilə bağlı fikirlərini bölüşüb.
- Seymur müəllim, öncə, YAP GB-nin beynəlxalq əlaqələri barədə məlumat verərdiniz...
- Məlum olduğu kimi, bu ilin yanvarında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hesabat-seçki konfransında yeni heyət seçildi. Yeni tərkibdə fəaliyyətə başlayan YAP GB-nin qəbul etdiyi qərarlar sırasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi də mühüm yer tuturdu. Bundan sonra həmin əlaqələri genişləndirmək üçün əməli fəaliyyətə başladıq. Məlum olduğu kimi, Avropa Xalq Partiyası Gənclər Birliyi (AXPGB) kimi nüfuzlu bir təşkilat var. Biz artıq həmin təşkilata üzv olmaq üçün müraciət etmişik. Bu yaxınlarda YAP GB-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramil Məmmədov AXPGB-nin Vyanada keçirilən tədbirində iştirak edib və oradan mühüm nəticələrlə qayıdıb. Belə ki, yaxın vaxtlarda YAP GB-nın həmin təşkilata üzv qəbul ediləcəyi gözlənilir. Bundan əlavə, qeyd etmək istərdim ki, AXPGB il ərzində müxtəlif ölkələrdə öz tədbirlərini keçirir. Biz təklif etmişik ki, belə toplantılardan biri də, məhz Bakıda keçirilsin. Bu, həm Azərbaycanın Avropada, eləcə də, dünyada günü-gündən artan nüfuzu deməkdir, həm də YAP-ın Avropa ölkələrinin qabaqcıl partiyaları tərəfindən dəstəklənməsinə dəlalət edir.
Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Rumıniya prezidenti Trayan Beseskunun sədri olduğu Liberal-Demokrat Partiyasının (PDL) Gənclər Təşkilatının (GT) üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu, bir daha onu göstərir ki, biz Rumıniya gəncləri ilə əməkdaşlıqdan artıq strateji tərəfdaşlığa keçmişik. Bunun da əsasında ölkə prezidentləri cənab İlham Əliyevlə Trayan Besesku arasındakı səmimi dostluq münasibətləri dayanır. Burada bir haşiyə çıxmaq istərdim. Bir qədər öncə YAP GB-nin nümayəndə heyəti Rumıniyada səfərdə olarkən, biz özümüzü heç də yad hiss etmirdik. Bizim dövlətimizə qarşı bu ölkədə xüsusi münasibət var. Elə siz özünüz də şahidsiniz ki, rumınlar burada özlərini necə səmimi aparırlar, sanki, öz evlərindədirlər. Bu, bir daha təkrar edirəm, hər şeydən əvvəl, Azərbaycan və Rumıniya prezidentləri arasındakı səmimi münasibətlərdən irəli gəlir.
O ki qaldı sizin sualınızın cavabının davamına, burada qeyd etmək istərdim ki, YAP GB bir sıra ölkələrin, o cümlədən, Bosniya və Hersoqovina, Xorvatiya, Ukrayna, Rusiya və Türkiyənin hakim partiyalarının gənclər təşkilatları ilə əməkdaşlığı davam etdirir. Biz, bu ilin payızında Avropadakı iqtidar partiyalarının gənclər təşkilatlarının Bakıda forumunun keçirilməsini planlaşdırırıq.
- Sözügedən forumun keçirilməsində əsas məqsəd nədir?
- Məqsədimiz avropalı gənclərə Azərbaycandakı bu inkişaf, iqtisadi yüksəlişi göstərmək, eləcə də, Yeni Azərbaycan Partiyası, onun gənclər təşkilatının gördüyü işlər barədə məlumat verməkdir. Eyni zamanda, həmin gənclər təşkilatları ilə birgə fəaliyyət planını müzakirə etməkdir. Xatırlatmaq istərdim ki, Avropadakı indiki gənc fəallar bir neçə ildən sonra öz ölkələrində müəyyən vəzifə sahibi olacaq, dövlət işində və idarəçiliyində iştirak edəcəklər. Odur ki, biz indidən həmin gənclər-gələcəyin dövlət adamları arasında Azərbaycanın diaspor nümayəndələrini formalaşdırmaq, lobbiçiliyin təməlini qoymaq istəyirik.
- Rumıniya ilə əlaqələrdən danışarkən, qarşıdakı aylarda, hansı tədbirləri qeyd etmək istərdiniz?
- Məlum olduğu kimi, bir qədər öncə bir sıra gənc müğənnilər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunublar. Biz bu ilin payızında, daha dəqiq desək, oktyabrın 18-də müstəqilliyimizin 20 illiyi münasibətilə Buxarestdə gənc müğənnilərimizin iştirakı ilə təntənəli bir tədbir-geniş konsert proqramı keçirməyi planlaşdırırıq. Hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir.
- Bu günlərdə Azərbaycanın üç bölgəsində - Oğuz, Qəbələ və Lerikdə YAP GB-nin “Yay məktəbləri” keçirilir. Tədbirlərdə əsas məqsəd nədir?
- Bildiyiniz kimi, gənclər üçün “Yay məktəbləri”nin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyasına məxsusdur. Və ildən-ilə bu tədbirin həm məzmunu, həm də keyfiyyəti, planları müsbətə doğru dəyişməkdədir. Məlum olduğu kimi, builki yay düşərgələrində rekord həddə, təqribən 600-dək gənc fəal iştirak edib. Burada maraqlı məqamlardan biri də odur ki, təlimlərdə təkcə paytaxt gəncləri deyil, müxtəlif rayonlardan gəlmiş gənclər də iştirak edirlər. Bundan əlavə, təlimlərin mövzularını gənclər elə özləri müəyyənləşdirirlər ki, bu da onların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir. Mən hesab edirəm ki, biz bu il qarşımıza qoyduğumuz məqsədə nail olduq. Belə ki, 4 mərhələdə keçən “Yay məktəbləri”ndə gənclərimiz həm mənalı istirahət etdilər, həm bir-birləri ilə yaxından tanış oldular, həm də öz intellektual səviyyələrini yüksəldə bildilər. Düşünürəm ki, təlimləri başa vurduqdan sonra gənclərimiz sosial şəbəkələrdə, həmçinin, müxtəlif görüşlərdə burada qazandıqları təcrübələri bir-biriləri ilə bölüşəcəklər ki, bu da onların fəallığını daha da yüksəldəcək.
- Cari il ərzində gənclərlə bağlı daha hansı tədbirlər keçirməyi planlaşdırırsız?
- Payız aylarında gənclərimizə ünvanlanmış daha bir neçə layihələrimiz olacaq. Bunların sırasına dil kursları, karyera mərkəzlərinin yaradılması və digərləri var. Yeri gəlmişkən qeyd edim ki, karyera mərkəzlərini yaratmaqda məqsədimiz ali məktəbləri bitirən gənclərin işlə təminatına kömək etməkdir. Belə ki, mərkəzdə gənclərimizin uçotu aparılacaq, boş iş yerləri haqda məlumat bazası toplanacaq. Bu, bir o qədər də asan iş deyil. Bunun üçün şirkətlərlə, təşkilatlarla danışıqlar aparmaq, boş ştatların siyahısını tərtib etmək lazımdır. Amma hesab edirəm ki, biz də YAP GB olaraq, cənab Prezidentimiz İlham Əliyevin ölkədə həyata keçirdiyi sosialyönümlü siyasətə öz əməli işimizlə dəstəyimizi verə biləcəyik.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

