Ziyalı əgər siyasətə baş vurursa, demək, o, artıq tükənib
30.12.2011 [13:40]
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın saytına müsahibə verib:
- “Ziyalılar forumu” deyilən qurumun bu gün baş tutmayan toplantısından sonra müxtəlif fikirlər səsləndirdilər...
- Açığını deyim ki, az sayda insanların məqsədi, məramı və niyyəti tam aydın olmayan toplantılarına o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. Düşünmürəm ki, dediyiniz “ziyalı forumu” və ya onun toplantıları cəmiyyətin diqqətini cəlb edir. Bu forum haqqında az-çox məlumatı olanlar yaxşı bilirlər ki, oraya toplaşanları birləşdirən əsas motiv həll olunmamış şəxsi maraqlarıdır. Ziyalılar forumunun yaradılmasında məqsəd də məhz həmin şəxsi maraqlara ictimai don geyindirməkdir. Buna görə də təklif edirəm ki, “ziyalılar forumu” “narazı ziyalılar klubu” adlandırılsın. Ancaq onu da deyim ki, ziyalılar forumuna daxil olanların narazılıqları da, əslində ictimai motivli deyil. Söhbət ayrı-ayrı adamların şəxsi istəklərinin həll olunmamasıdır ki, bu da tamamilə fərqli xarakterli narazılıqdır. Deməli, kimsə hansısa problemini həll etmək istəyir, bunun üçün bir dəstə adamı başına yığıb ictimai fon yaratmağa çalışır. Kim başqalarının problemlərinin həll olunması üçün ictimai fon yaratmaq rolunu oynamaq istəyirsə, bu onun öz işidir. Amma əvvəl-axır aldanıldığını başa düşəcək. Digər bir tərəfdən, gəlin görək həmin qurumun nə qədər “ziyalılar forumu” adlanmağa haqqı çatır? Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində tanınmış, böyük ictimai nüfuz sahibi olan yüzlərlə tanınmış ziyalının heç bir faizi orada təmsil olunmayıb. Lap elə ziyalı zümrəsi baxımından o qurumun ictimai etimadı nəinki cüzidir, heç “cüzi” ölçüsünə də uyğun gəlmir.
- Doğrudanmı bu gün ziyalıların qarşısında duran əsas məsələ hakimiyyəti tənqid etməkdir?
- Cəmiyyət çox müxtəlif zümrələrdən, peşə sahiblərindən ibarətdir. Ziyalılar da bir zümrədir və çox şərəfli missiya yerinə yetirirlər. Azərbaycanın elminin, mədəniyyətinin, incəsənətinin inkişafı onların əməyinin nəticəsidir. Ziyalı ilk növbədə bir peşə sahibidir və çox yaxşı olar ki, bütün peşə sahibləri kimi, ziyalı da öz işi ilə məşğul olsun. Əgər “ziyalılar forumu” adlanan qurumda toplaşanlar ölkəmizdə elmin, ədəbiyyatın, incəsənətin inkişaf problemlərini müzakirə etsəydilər, düşünürəm ki, bu daha faydalı olardı. Əvvəla ona görə ki, dediyim kimi bu onların işidir və hər kəs öz işi ilə məşğul olsa, cəmiyyətə daha çox xeyir verə bilər. İkincisi isə, digər işlərlə məşğul olmaq üçün peşəkarlıq lazımdır. Yaxşı filmi peşəkar kinematoqraf çəkə bilər. Qeyri peşəkarın çəkdiyi filmin keyfiyyətindən danışmaq çətindir.
Azərbaycan hökuməti peşəkarlığını Azərbaycanın iqtisadi inkişafı, dövlətin qüdrətinin artırılması, beynəlxalq nailiyyətlər, ölkənin modernləşməsi, müasirləşməsi sahəsindəki hamıya məlum olan uğurlu layihələri ilə sübuta yetirib. İndi Azərbaycanın 10-15 il bundan əvvəlki Azərbaycandan nə qədər fərqləndiyini danmaq üçün insan gərək vicdanını dansın. Deməli, Azərbaycana peşəkar, səriştəli siyasətçi və Onun komandası rəhbərlik edir. Eynilə də hər bir ziyalı da öz peşəkarlığını ilk növbədə yaxşı bacardığı sahədə göstərməlidir. Bu sahədə isə işlər kifayət qədər çoxdur. Elə götürək Qarabağ mövzusunu. Nə qədər filmlər çəkilməli, nə qədər kitablar yazılmalıdır. Bunu ziyalılar etməlidir. Onlar vaxtlarını, enerjilərini siyasətə sərf etsələr, onda öz missiyalarını yerinə yetirməmiş olacaqlar. Əgər ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək, o, artıq tükənib. Demək, o, ziyalı adını və statusunu istismar etmək yolu seçib.
- Ziyalı və siyasətçi məsələsinə toxundunuz. ümumiyyətlə, ziyalının siyasətlə məşğul olmasına necə baxırsınız?
- Mən heç də ziyalının siyasətlə məşğul olmasına pis baxmıram. Ayrı-ayrı ölkələrin siyasi tarixində tanınmış ziyalıların siyasətə gəlməsinə dair nümunələr var. Ancaq bu o hallardır ki, tutalım, hər hansı aktyor siyasətçi peşəsini seçir, siyasətlə peşəkarcasına məşğul olur. Azərbaycan demokratik ölkədir, hər kəs istədiyi peşəni, o cümlədən siyasəti seçməkdə sərbəstdir. Ancaq məsələ burasındadır ki, “ziyalılar forumu” adlanan qurumda toplaşanlar, bir yandan deyirlər ki, guya siyasətlə məşğul olmurlar, digər yandan isə tam siyasi bəyanatlar verir, özlərini siyasi fəaliyyət subyekti kimi aparırlar.
Bayaq mən təsadüfən demədim ki, “ziyalılar forumu”nun üzvləri ziyalı adını və statusunu istismar edirlər. Əlbəttə, mən heç də demək istəmirəm ki, ziyalılar ölkədəki proseslərə münasibət bildirməməlidirlər. Amma, birincisi, bunu bütün Azərbaycan ziyalılarının adından demək qəbahətdir. çünki, Azərbaycan ziyalıları bu haqqı heç kimə, o cümlədən “ziyalılar forumu”na verməyiblər. İkincisi isə, ziyalı obyektiv olmağı bacarmırsa, o, heç zaman yaxşı müəllim, alim, yazıçı ola bilməz. Azərbaycanda nəyisə tənqid etməzdən əvvəl böyük inkişafı və müsbət dəyişiklikləri də etiraf etməyi bacarmalısan. Axı hər kəs, elə o “tənqidçilərin” özləri, övladları, yaxınları da həmin inkişafın və müsbət dəyişikliklərin içindədirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

