Bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edirlər
16.02.2012 [00:32]
- Tahir müəllim, Milli Məclisdə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Necə hesab edirsiniz ki, ötən müddət ərzində yerli özünüidarə orqanlarınin fəaliyyəti nə dərəcədə təkmilləşib?
- Bildiyiniz kimi parlamentdə hər il illik məruzə təqdim olunur. Budəfəki məruzə də bələdiyyələrlə bağlı bir sıra məsələləri özündə əks etdirir. Verilən məlumatlardan məlum olur ki, müəyyən nöqsanlarla yanaşı onların fəaliyyətində inkişaf özünü göstərməkdədir. Bu da yerli özünüidarə orqanlarının işinin tədricən təkmilləşməsi ilə bağlıdır.
Bələdiyyələr demokratik bir təsisiatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün 20-dən artıq qanun qəbul olunub ki, beynəlxalq standartlara cavab verir. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər.
- Bir neçə il öncə bu sahədə islahatlar oldu və bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Birləşmə prosesi müsbət nəticələrini verirmi?
- Təbii ki, müsbət nəticələr var. Zaman keçdikcə bu nəticələr özünü daha çox göstərəcək. İlk əvvəllər bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bir mütəxəssis kimi deyə bilərəm ki, bu da çoxdur. Fikrimcə, birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Bununla yanaşı, bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən hansısa bir qurum lazımdır. Düzdür, bu məqsədlərə xidmət edən şəhər, qəsəbə və kənd bələdiyyələrinin asossasiyaları yaradıldı. Bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır.
- İndiyə qədər ölkəmizdə bir neçə bələdiyyə seçkisi keçirilib. Sizcə, son seçkilərdən bəri onların fəaliyyətində daha hansı yeniliklər özünü göstərir?
- Bildiyiniz kimi bələdiyyə seçkiləri 1999-cu, 2004-cü və 2009-cu illərdə keçirilib. Son, 2009-cu ilin bələdiyyə seçkiləri daha canlı, daha demokratik keçdi. İlk növbədə deyə bilərəm ki, bu seçkilərə gedərkən bu institutun artıq 10 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdu. Bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son seçkilərdə mütəxəssislərin say faizi, ali savadlı insanların bələdiyyələrdə təmsilçiliyi artdı. Bu gün ölkmizdə bələdiyyə institutunun inkişafını tənzimləyən 20-dən çox qanun mövcuddur. Bununla yanaşı bir sıra əsasnamələr də var. Bu, həm ölkəmizin inkişafı, həm müasir dövrün tələbləri baxımından vacibdir. Dövlətimizin, insanların sosial vəziyyətinin günü-gündən yaxşılaşması bələdiyyələrin də fəaliyyətində özünü biruzə verir. Bu canlanma qanunvericilikdə də öz əksini tapmalıdır və bu baxımdan da bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunlara əlavə və dəyişikliklər edilir. Bələdiyyələrin hüquq və vəzifələrinin müəyyən edilməsi, səlahiyyətləri ilə bağlı dəyişikliklərin edilməsi bu qanunlarda öz əksinə tapır.
- Tahir müəllim, cəmiyyətdə bələdiyyələrin işini qənaətbəxş hesab etməyənlər də var. Bu məsələyə münasibətiniz necədir?
- Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmaq olmaz. çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır.
Amma bəzi insanlar var ki, bələdiyyələrin fəaliyyətinə kölgə salmaq istəyirlər. Mən bu fikirlərlə razı deyiləm. Biz yerlərdə oluruq, vətəndaşlarla görüşürük, söhbətlər edirik. Bir mütəxəssis kimi mən deyə bilərəm ki, son illərdə Azərbaycan bələdiyyələri inkişaf yolundadır. Bələdiyyələr olduqca fəaldırlar. Bəzi bələdiyyələr hətta yol çəkiblər, parklar salıblar, körpülər bərpa etdiriblər, uşaq parkları yaradıblar. Bu fəaliyyəti görməmək olarmı? Bu tədbirlərin həyata keçirilməsində insanlar yaxından iştirak edirlər. Digər tərəfdən, bu gün minlərlə insan bələdiyyə büdcəsindən əməkhaqqı alır. Bu da insanların iş yerləri ilə təmin olunmasında mühüm addımdır. Düzdür, bəzi bələdiyyələrin fəaliyyəti hələ də müasir tələblərə cavab vermir. Belə hallar olur və qanunvericiliyi pozan, öz fəaliyyətində nöqsana yol verən insanlar cəzalandırılırlar. Amma bələdiyyələrin fəaliyyətinə kölgə salmaq düzgün deyil, tənqid də sağlam olmalıdır. Azərbaycan bələdiyyələri ölkəmizin sosial-iqtsadi inkişafı prosesində yaxından iştirak edirlər. Bu gün bələdiyyələr digər strukturlarla, icra orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Bütün işlərdə əməkdaşlıq sağlam inkişafa daha da dəstək verir. Əgər icra strukturlarının bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq ruhunda aparılan fəaliyyəti ölkəmizə, vətəndaşlara xeyir verirsə, bunu yalnız alqışlamaq lazımdır.
- Bəs “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsinin nə vaxt parlamentin müzakirəsinə çıxarılması gözlənilir?
- “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi üzərində işlər davam edir. Amma bələdiyyələrin hesabatı mürəkkəb proses olduğu üçün, bu məsələnin ciddi şəkildə təhlil olunmasına ehtiyac var. Bu qanun layihəsini mükəmməl hazırlamaq məqsədi ilə dünya təcrübəsi də dərindən öyrənilir.
Yəqin ki, proses tam başa çatdıqdan sonra sənəd müzakirəyə təqdim edilmək üçün hazır olacaq.
Azərbaycanda bələdiyyələr ölkənin sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Bələdiyyələrin fəaliyyətinin son illər xeyli təkmilləşməsi onların uğurlar qazanmasında əsas səbəblərdən biridir. Qazanılan uğurlar heç şübhəsiz gələcəkdə bələdiyyələrin hesabatında da öz əksini tapacaq.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

