Qərb hazırlayır, İrəvan icra edir...
10.04.2024 [10:31]
Şərti sərhəddə Ermənistanın hərbi təxribatları intensivləşib
Nardar BAYRAMLI
Son vaxtlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını intensivləşdirib. Aprelin ilk günlərindən davamlı olaraq erməni tərəfi mövqelərimizi atəşə tutub. Nəzərə alaq ki, gündəmin əsas mövzularından biri Qazaxın işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılmasıdır. Rəsmi İrəvan gah kəndlərin qaytarılmasından danışır, gah da bunun əksini söyləyir. Belə ziddiyyətlər fonunda şərti dövlət sərhədində də gərginlik yaradılır. Sərhəddə Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Laçındakı mövqelərimiz niyə hədəfə alınır?
Aprelin 9-u saat 10:40 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, təkcə aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulmuşdu. Hansı ki, erməni tərəfinin bu hərbi təxribatı həmin gün Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşünün keçirildiyi vaxtda baş vermişdi. Əlbəttə ki, bu, təsadüfi deyil, Qərb tərəfindən Ermənistanın yeni müharibəyə təşviq edilməsidir. Bununla da, sözügedən üçlü görüşün Cənubi Qafqazda gərginliyin yaradılmasına səbəb olması ilə bağlı Azərbaycanın narahatlığı öz təsdiqini tapdı. Bu dəfə ordumuzun Laçın istiqamətindəki mövqelərinin atəşə tutulması isə erməni tərəfinin yeni planlarının göstəricisi ola bilər. Çünki düşmən tərəf də həmişə Laçını strateji nöqtə hesab edir və bu istiqamətdə gələcəkdə yeni təxribatlara cəhd edə bilər.
Ümumiyyətlə, son günlər Ermənistanın şərti sərhəddə ağır texnika və canlı qüvvə toplaması ilə bağlı videogörüntülər yayılıb. Bütün bunların fonunda bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq etmişdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək.
HHQ helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib
Yeri gəlmişkən, Müdafiə Nazirliyi ordu birləşmələrinin təlimlərini davam etdirir. Aprelin 9-da verilən rəsmi məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Bundan başqa, Müdafiə Nazirliyi aprelin 6-da isə komandoların təlimina dair video-görüntü paylaşaraq bəyan etmişdi ki, bu hərbi birləşmənin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır. Eyni zamanda, Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) da növbəti komanda-qərargah təlimi keçirilib.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Ordusunun döyüş hazırlığı ən yüksək səviyyədədir. Bununla belə, dövlətimiz tezliklə sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Ona görə də, rəsmi İrəvan Qərbdəki havadarlarına güvənməməlidir.
Lakin Ermənistanın hərbi təxribat törətməsi hansı mətləblərdən xəbər verir? İlk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. İrəvanın bu cür təxribatları reallığı dəyişməyəcək.
Ekspert: Hərbi təxribatlar Ermənistana çox ciddi itkilərlə başa gələ bilər
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son vaxtlar, xüsusilə Brüssel görüşündən sonra şərti sərhəddə mövqelərimizin atəşə tutulmasının intensivləşməsi Ermənistanın bir qədər “cəsarətləndiyini” göstərir. Onun sözlərinə görə, Qərbin, xüsusilə Fransanın sifarişi ilə Azərbaycana qarşı təxribatlar törətməsi, intensiv olaraq qoşunlarını Azərbaycan istiqamətinə gətirməsi və növbəti təxribatlara hazırlaşması Ermənistanın öz maraqlarına cavab vermir. İşğalçı ölkə Qazaxın kəndlərini işğaldan azad etmədiyi bir vaxtda həmin ərazilərdə və başqa istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə atəş açırsa, bu Ermənistanın sağlam məntiqdən məhrum olduğunu göstərir. Bu addımlar Ermənistana yalnız ərazi, şəxsi heyət, texnika və avadanlıq itkiləri nəsib edəcək.
“Ermənistanın üzərinə götürdüyü öhdəlikləri, işğal altında olan kəndləri azad etməməsi, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin yaradılmasına mane olması fonunda silahlı qüvvələrini təkrar silahlandırması, Fransanın rəhbərliyi altında Azərbaycan qarşı təxribatlar törətməsi, Qərb tərəfdaşları ilə birlikdə təlimlər keçirməsi, Azərbaycan sərhədinə zirehli texnikalar, qoşun, əlavə qüvvələr toplaması birmənalı şəkildə Azərbaycana qarşı aqressiv fəaliyyətinin əyani nümunəsidir. Bu proseslərin heç biri məğlub Ermənistanın milli maraqlarına uyğun gəlmir”-deyən hərbi ekspertin sözlərinə görə, Azərbaycana qarşı hərbi təxribatların törədilməsi, Ermənistana çox ciddi itkilərlə başa gələ bilər. Ə.Verdiyev qeyd edib ki, nəticə etibarilə Ermənistanın törətdiyi son təxribatlar regionda münaqişənin alovlandırılmasına gətirib çıxara bilər, lakin bu münaqişənin də sonunun hansı nəticə ilə bitəcəyi hər birimizə məlumdur. Törədilən təxribatlar Qərb, Fransa tərəfindən hazırlanır, Ermənistan tərəfindən isə həyata keçirilir. Başqa sözlə desək, ABŞ və Qərb Ermənistanı növbəti dəfə münaqişəyə hazırlayır. Onun ağrı-acısını isə Ermənistanın kövrək çiyinləri daşıyacaq.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

