/ / Qəbələdə dahi dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə London Royal Filarmonik Orkestrinin konserti olub
Qəbələdə dahi dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə London Royal Filarmonik Orkestrinin konserti olub
30.07.2012 [23:02]
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri olan və artıq dördüncü ildir ki, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə konsert olub.
AzərTAc xəbər verir ki, Azərbaycanda musiqi mədəniyyətinin təşəkkülü, inkişafı və təbliğində müstəsna rol oynamış sənətkarın yubiley konsertində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etmiş və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə ölkəmizin milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulmuşdur. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Sonra London Royal Filarmonik Orkestrinin solistlərinin, eləcə də Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı dirijor Yalçın Adıgözəlovun, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, beynəlxalq müsabiqə və festivalların iştirakçısı Fuad İbrahimovun (dirijor), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin (tenor), Əməkdar artist və Prezident mükafatçısı Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə tamaşaçılara maraqlı konsert proqramı təqdim olunub. Dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıb. Dünyada məşhur olan orkestrin bədii rəhbəri və baş dirijoru iki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli Şarl Dütuadır.
Konsertdə tanınmış musiqiçilər tərəfindən səsləndirilən ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Niyazinin “Arzu”, “Qaytağı”, “Vətən” mahnıları, “Rast” simfonik muğamı mindən çox tamaşaçı tərəfindən sürəkli alqışlarla qarşılanıb. Bu konsertlə də festivalın beynəlxalq proqramına start verilib. Qarşıdakı günlərdə Böyük Britaniya, Rusiya, Fransa, Sloveniya, ABŞ, İsveçrə, İtaliya və Polşadan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. London Royal Filarmonik Orkestrinin Qəbələdə növbəti konsertləri iyulun 30-31-də, avqustun 3-dən 5-dək olacaq.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

