Tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərov son mənzilə yola salınıb
08.08.2012 [23:54]
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi Mədəniyyət Mərkəzinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulub. Cənazənin önünə ictimai-siyasi xadim və alimin müxtəlif illərdə aldığı orden və medallar düzülüb. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına Heydər Əliyev Fondu, hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənib.
Murtuz Ələsgərovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın Mədəniyyət Mərkəzinin binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını veriblər.
Mərasimdə təhsil naziri Misir Mərdanov, YAP Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək M.Ələsgərovun müstəqil Azərbaycanın çiçəklənməsi və inkişafı naminə gördüyü əvəzsiz işlərdən və zəngin elmi yaradıcılığından danışıb, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Bildirilib ki, tanınmış alim Murtuz Ələsgərov hələ keçmiş sovetlər dönəmində bir çox xarici ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil edib. Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olan M.Ələsgərov qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, Azərbaycanda beynəlxalq hüququn öyrənilməsi sahəsində gördüyü işlərlə yeni bir elmi məktəbin əsasını qoyub.
ömrünün 60 ilini Bakı Dövlət Universiteti ilə bağlamış alim bu ali təhsil müəssisəsində bir çox vəzifələri layiqincə icra etməklə yanaşı, gənc kadrların yetişməsində, püxtələşməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi alıb, yetirmələri bu gün ölkəmizin hüquq mühafizə orqanlarında uğurla çalışırlar.
Vurğulanıb ki, əsl vətəndaş kimi hər zaman Azərbaycanın haqq işinin müdafiəçilərindən biri olan Murtuz Ələsgərov prinsipiallığı, vətəndaş mövqeyi, dərin zəkası ilə seçilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərib. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasında fəal iştirak edən Murtuz Ələsgərov ömrünün sonunadək partiya Sədrinin müavini vəzifəsində çalışıb.
Xüsusi olaraq qeyd edilib ki, o, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi hər zaman Ulu öndərin ideyalarına sadiq qalıb.
Bildirilib ki, Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri və Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr verib. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri əvəzsizdir. O, ölkəmizdə bir çox qanunların və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində yaxından iştirak edib.
Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən natiqlər diqqətə çatdırıblar ki, Bakı Dövlət Universitetində onun adına fərdi təqaüd təsis ediləcək, beynəlxalq konfranslar keçiriləcək. Şərəfli ömür yaşamış Murtuz Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Vida mərasimində çıxış edən Murtuz Ələsgərovun oğlu, Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə ailə üzvləri adından minnətdarlığını bildirib.
Sonra Murtuz Ələsgərov doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınıb.
Mərhum Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

