Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur
18.08.2012 [01:42]
Avqustun 18-i Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramıdır. Xatırladaq ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il avqustun 16-da imzaladığı Sərəncamla isə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə son dövrlərdə əldə olunan siyasi-iqtisadi inkişaf öz növbəsində DSX-nin də həm təchizatına, həm də fəaliyyətinə müsbət təsir edib. Bunu yerlərdə həyata keçirilən işlər də təsdiqləyir. Məlumat üçün bildirək ki, bu il iyulun 31-də ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir olunan Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanış olub. Qeyd edilib ki, Lənkəran sərhəd dəstəsi qarnizonu ərazisinə görə Dövlət Sərhəd Xidmətinin ən böyük qurumlarındandır. Azərbaycan Prezidenti İlham Əliyev qarnizonun Heydər Əliyev ideoloji mərkəzi ilə tanış olub. Mərkəzdə Dövlət Sərhəd Xidmətinin inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin ölkə üzrə inşa edilən və tikilməkdə olan zastavaları, qarnizonları barədə məlumat verilib. Prezident, Ali Baş Komandan İlham Əliyev qarnizona məxsus texnika və silahlara baxıb. Vurğulanıb ki, son illərdə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrinin müasir silah və texniki vasitələrlə təmin olunması işi yüksək səviyyədə həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının təzahürüdür. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə mühafizəsini təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Diqqətə çatdırılıb ki, hazırda zabit və gizirlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Lənkəran qarnizonunda səkkizmərtəbəli, 126 mənzilli yaşayış binası tikilir. Bundan başqa, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisində dislokasiya olunan beş sərhəd zastavası və bir sərhəd komendantlığı əsaslı təmir edilərək istifadəyə verilib. Astarada isə zabit və gizirlər üçün altımərtəbəli, 65 mənzilli yaşayış binası inşa edilir.
ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, ölkəmizdə dövlət sərhədlərinin yüksək səviyyədə qorunması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi kursun nəticəsində mümkün olub. Belə ki, məhz Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olunub. 2002-ci ilin iyul ayının 31-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb. Dövlət Sərhəd Xidmətinin yaradılması nəticəsində isə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Eyni zamanda, 2002-ci ilin oktyabr ayının 24-də ölkəmizdə sərhəd aviasiyası yaradılıb, DSX-nin balansına verilmiş təyyarə və helikopterlər əsaslı təmir edilərək xidmətə cəlb olunub.
Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri, həmçinin, xidmətdə fərqlənən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalaması Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
Məlumat üçün bildirək ki, 2005-ci il fevral ayının 18-də Prezident İlham Əliyevin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaradıb. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirilib, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edilib, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırılıb. Eyni zamanda, DSX-nin fəaliyyətinin daha yüksək səviyyədə inkişafı ilə bağlı 2005-ci ildə “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə ən əsas tədbirlərdən biri isə sərhədlərin qorunması üçün milli kadrların formalaşdırılması ilə bağlıdır. 2007-ci ilin iyun ayının 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncamı məhz bu məqsədə xidmət göstərir. Bu Sərəncam Azərbaycanın sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb.
Digər tərəfdən, son illərdə Prezident İlham Əliyev dəfələrlə dövlət sərhəd zastavalarında olub, sərhəd xidmətində çalışan hərbçilərin həyat şəraitinin yüksəldilməsi istiqamətində tədbirlər görüb. 2010-cu ildə Prezident İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin “Yuxarı Zeyxur” sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. 2011-ci ilin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimləri keçirilib. ölkə başçısı bu mərasimlərdə iştirak edib.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə hər zaman beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd qurumları ilə qarşılıqlı faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT, BMTQAK, BMqT, Şiofok Konfransı, GUAM kimi beynəlxalq təşkilatlarla və bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilir. Artıq bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) iclasları Bakı şəhərində keçirilir.
Beləliklə, qeyd olunan faktlar bir daha göstərir ki, bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Ulu öndər Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

