Prezidentə təşəkkürlər gəlməkdə davam edir
04.09.2012 [01:01]
öz sevinclərini paylaşan, vətəndaş mövqelərini ifadə edən vətəndaşlar Azərbaycan dövlətinin gücü və qüdrəti ilə fəxr edirlər. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Azərbaycan dövlətini beynəlxalq sistemin nüfuzlu aktorlarından birinə çevirib, Onun yeritdiyi xarici siyasəti milli maraqlar çərçivəsində uğurla həyata keçirməyə imkan verib. Əlbəttə, maddi elementlər güc amilinin əsas bazasını təşkil edirsə, mənəvi elementlər, o cümlədən səmərəli dövlət idarəçiliyi, xalqın mənafeyi naminə lazımi anda qətiyyətli qərarların verilməsi onun üst qurumudur. Bu iki amil bir-biri ilə o qədər sıx bağlıdır ki, biri olmadan digəri təklikdə heç bir nəticə verə bilməz. Sadəcə gücün olması kifayət deyil, ondan istifadə bacarığı həlledici xüsusiyyət daşıyır. Məhz bu iki amilin vəhdəti Azərbaycanda gedən son hadisələri izah edir, xalqın Prezident ətrafında birləşməsini təmin edir. Ramil Səfərov ilə bağlı verilən qərar artıq Azərbaycanda güclü dövlətin və möhkəm iradəli rəhbərliyin olmasının bariz təsdiqidir. Günay Tağıyeva Prezident saytına yazır ki, “Biz Gəncə gəncləri adından Sizə dərin minnətdarlığımızı bildirir və təşəkkür edirik. çox sevinirik ki, Ramil Səfərovu Azərbaycana ekstradisiya olunan kimi azadlığa qovuşdurdunuz. Biz gənclər həmişə çalışacağıq ki, Prezidentimizin ətrafında sıx birləşək”.
Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının mənafeyinə uyğun hərəkət edib, Onun çağırışlarına daim xüsusi diqqət və həssaslıqla yanaşıb. Ramil Azərbaycan xalqının övladıdır və əsas amalı öz torpağını təcavüzkar qonşulardan azad edib qorumaqdır. Dövlətin ona himayə durması, xalqda ruh yüksəkliyi yaradıb. Vətəndaş Əsmər Məmmədova yazır ki, “Bu gün mən gözəl xəbəri eşitdim və çox sevindim. Ramil Səfərovla fəxr etməyə dəyər. İnanıram ki, Ramil kimi qeyrətli oğullarımız çoxdur. Mənim də iki qardaşım var. Hər ikisi həqiqi hərbi xidmətdə olub və Vətən qarşısında borclarının müəyyən hissəsini yerinə yetiriblər. Prezidentimiz cənab İlham Əliyevə böyük minnətdarlığımı bildirirəm və Ramil kimi oğullarımızın qarşısında baş əyirəm. Fəxr edirəm ki, Azərbaycanımızın Prezident İlham Əliyev kimi mərd, qeyrətli oğulları var”.
Anaxanım Tağıyeva yazır: “Ramil Səfərovu Azərbaycana qaytardığınız üçün Sizə minnətdarlığımı bildirirəm”.
Rövşən Teymurzadə öz fikirlərini belə ifadə edir: “Mən 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyuram. Bu məktubu yazmaqda məqsədim Ramil Səfərovu əfv etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirməkdir”.
Bu siyahını uzatmaq olar, lakin əsas odur ki, ifadə edilən fikirlər vətəndaşların özlərinə və dövlətlərinə inam və etibarlarının artmasının təzahürüdür. Vətəndaş Zaur Adıgözəlov qeyd edir ki, “Möhkəm lider arxasında möhkəm, əzmli xalq dayanar. İnanın ki, xalqımızın mənəvi möhkəmliyinə çox böyük təsiriniz dəymişdir”.
Ramil Səfərovun azad edilməsi erməniləri dərindən sarsıdıb, erməni diasporunun haqsız fəaliyyətinin heç bir nəticə vermədiyini bir daha sübut edib. Birincisi, qeyd etmək lazımdır ki, Ramil Səfərov erməni təcavüzünün qurbanıdır, cəzalandırılan Ramil deyil, əlləri Malıbəylidə, Qaradağda, Xocalıda günahsız azərbaycanlı uşaqların, qadınların, qocaların qanına batmış erməni təcavüzkarlarıdır. İkincisi, Ramil Səfərovun məhkəmə prosesində ədalətli məhkəmə prinsipi pozulub. üçüncüsü, ekstradisiya beynəlxalq qanunvericiliyə və öhdəliklərə uyğun olaraq həyata keçirilib. Dördüncüsü, Ramil Səfərovun əfv edilməsi Azərbaycan Respublikası Prezidentinin xüsusi səlahiyyətinə aid bir məsələdir. Prezident İlham Əliyevin humanist siyasəti, vətəndaşların qayğısına qalması, onların mənafeyini qoruması Ramil Səfərovun taleyinə Onu biganə qoya bilməzdi. Bu qərar Azərbaycan dövlətini qələbəyə aparan yolda atılan mühüm bir addımdır. Bu amilləri nəzərdə tutan Ziya Gülmalıyev Prezidentə müraciətlə yazıb: “Siz həmişə öz şəxsiyyətinizi əməlinizlə təsdiq etməyi bacarmısınız”.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

