Təbriklər davam edir
31.05.2024 [10:00]
Antonio Quterreş: BMT bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir
Müstəqillik illərində Azərbaycan böyük inkişaf yolu keçərək hazırki inkişaf mərhələsinə çatıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu amil beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirdi. 28 May - Müstəqillik Günü münasibətilə müxtəlif ölkələrin rəhbərlərinin, rəsmi şəxslərinin Prezident İlham Əliyevə və xalqımıza ünvanladığı təbriklərdə də Azərbaycanın önəmi xüsusi vurğulanır.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 28 May - Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına səmimi təbriklərini çatdıran A. Quterreş bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Məktubda vurğulanıb ki, bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir. “İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır. Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”,-deyə BMT Baş katibinin məktubunda qeyd olunub.
Moldova Prezidenti Maya Sandu da Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan vətəndaşlarını təbrik edib. Dövlətimizin başçısına məktubunda respublikamıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayan M.Sandu Moldova ilə Azərbaycan arasında möhkəm əlaqələri yüksək qiymətləndirib: “Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcək.
Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək”.
Slovakiyanın Baş naziri Robert Fitso isə Prezident İlham Əliyevə təbrik məktubunda bu yaxınlarda Azərbaycana səfərini məmnunluqla xatırlayaraq qeyd edib: “Ölkənizə rəsmi səfərim zamanı səmimi qəbula və səmərəli müzakirələrimizə görə Sizə təşəkkür edirəm. Birgə səylərimizin əməkdaşlığımızın daha da dərinləşməsinə və yeni sahələrdə genişlənməsinə töhfə verməsi məni ürəkdən sevindirir. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və xalqlarımıza rifah gətirəcək.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək bu yaxınlarda mənə qarşı törədilmiş sui-qəsdlə əlaqədar dəstəyinizə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Mən yalnız Azərbaycan Respublikasının ən yüksək səviyyəli nümayəndələrinə deyil, həmçinin mənə və bütün Slovakiya xalqına həmrəylik ifadə edən Azərbaycan vətəndaşlarına ürəkdən təşəkkür edirəm.İnanıram ki, səhhətim Sizi Slovakiyada şəxsən qarşılamağa imkan verəcək”.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqirinin isə Prezident İlham Əliyevə təbrik məktubunda bildirilib ki, 2008-ci ildə təsis ediləndən etibarən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın əsas tarixi hadisələrini qeyd etmək, ölkə ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırmaq istiqamətində səylərini əsirgəməyib: “Cəmiyyətimiz, həmçinin müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək, hazırkı və gələcək nəsillərimiz arasında əlaqələri möhkəmləndirmək işinə töhfə verməkdə davam edir. Cənab Prezident, bu bayram münasibətilə Sizə ən xoş arzularımızı bildirir, Azərbaycana sülh, tərəqqi və firavanlıq diləyirik”.
Qeyd edək ki, 28 May - Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və xalqımızı Polşa Respublikasının Prezidenti Andjey Duda, Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, Estoniya Respublikasının Prezidenti Alar Karis, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra və digərləri də təbrik ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

