Bakı Enerji Həftəsi dünya mediasının diqqətində
06.06.2024 [10:10]
Xarici KİV-lərdə Azərbaycan Prezidentinin çıxışı geniş işıqlandırılıb
Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Qeyd edək ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışı xarici mediada geniş işıqlandırılıb.
Belə ki, ispandilli mediada Bakı Enerji Həftəsinə və dövlətimizin başçısının çıxışına dair məqalələr yayımlanıb. İspaniyanın “Invest.com”, “El Periodico de la Energia” nəşrlərində, eləcə də İsveçrənin ispan dilində yayımlanan “Swissinfo” portalında yer alan yazılarda Azərbaycan qazının altısı Avropada yerləşən səkkiz ölkəyə ixrac olunmasından, Azərbaycanın qaz ixracının coğrafiyasını genişləndirməyi planlaşdırmasından və enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan qazına ehtiyacı olan bir neçə ölkə ilə fəal danışıqların aparılmasından söz açılıb. Məqalələrdə bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olması xüsusi vurğulanıb. Bundan başqa, yazılarda dövlətimizin başçısının 2023-cü ildə Azərbaycanın TAP vasitəsilə Avropaya 11,8 milyard kubmetr qazın nəql etməsi, ümumilikdə, ixracı nəzərdə tutulan 24 milyard kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşməsi, bu göstəricinin 2021-ci ildə 8 milyard kubmetrdən çox olması barədə fikirləri diqqətə çatdırılıb. İspandilli media qurumları Azərbaycanın TAP vasitəsilə qaz tədarükünü artırmaq üçün səylərini daha da artırması barədə Prezidentin fikirlərinə xüsusilə geniş yer verib.
Enerji məsələləri ilə bağlı ərəb dilində yayımlanan nüfuzlu “Attaqa.net” nəşri də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, Azərbaycanın “yaşıl enerji” siyasəti barədə xəbərlər dərc edib. Xəbərlərdə dünyada enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 30-dan çox ölkədən 300-dək şirkətin qatıldığı və mühüm müzakirələrin aparıldığı, eləcə də ABŞ və Türkiyə prezidentlərinin tədbirlə bağlı təbrik məktubları ünvanladıqları bildirilib. Nəşrdə dövlət başçımızın Azərbaycanın qaz ixracını artırması planları ilə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialından istifadə istiqamətində atdığı addımlar barədə də məlumat verilib və Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirləri əksini tapıb. Məqalələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməsi, Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki Günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə məlumat verilib.
Türkiyənin aparıcı media qurumları olan Anadolu Agentliyi, “TRT”, “Haber Global” media qurumları, “Yirmidört.tv”, “Haberler.com”, “Ekovitrin”, “Son dakika” və digər onlayn media qurumlarında, “Akşam” və digər qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib. “Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb”, “Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb”, “Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”, “Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.
Rusiya mediası da Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb. Bu ölkə mətbuatında yayımlanan materiallarda Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib. “Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir”, - TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat gətirib.
“PRIME” İqtisadi İnformasiya agentliyi dövlət başçısının bu il Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox olacağı barədə dediklərinə istinad edib. “Neft i kapital” nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpaolunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük hidroenergetika potensialına malikdir.
“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin çıxışından çıxarışlar dərc edərək Azərbaycanın son 30 ildə imzaladığı bütün razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb. Bunun sayəsində respublika “yaşıl enerji” və bərpaolunan resursların istehsalını inkişaf etdirməyə müvəffəq olub. “Şahdəniz” layihəsi Azərbaycanda qaz qıtlığına son qoydu”, - agentlik əlavə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

