Bir həftədə ikinci məktub...
06.06.2024 [10:20]
Bakı-Vaşinqton əlaqələrinin inkişaf perspektivi
Cozef Bayden Azərbaycanın regiondakı rolunu yüksək dəyərləndirir
SSRİ-nin süqutunun ardından dünyanın iqtisadi mənzərəsində mühüm və yeni ştrixlər meydana gəlməyə başladı. Xüsusilə, enerji bloku üzrə münasibətlər sistemində yeni oyunçuların ortaya çıxması bu sahədə mühüm fərqliliklər yaratmağa başladı- post-sovet məkanında müstəqilliyini əldə etmiş bir sıra dövlətlərin enerji potensialı yeni dövr üçün diqqət mərkəzinə düşdü. Azərbaycanın da yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tblisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində əldə olunmuş Zəfər isə bu enerji terminalı üzrə təhlükəsizlik seqmentinin daha da güclənməsinə yol açıb. Bu gün yeni dünya trendinə çevrilmiş “yaşıl çağırış” Azərbaycanın fonunda özünün fundamental standartlarını müəyyənləşdirir. Başqa sözlə, ənənəvi enerji təzhizatçısı kimi şöhrət qazanan Azərbaycan COP29-un ev sahibi kimi də “yaşıl enerji” gündəliyinin əsaslarını yaradır. Bu isə dünyanın diqqət mərkəzindədir - çünki Azərbaycan ötən müddət ərzində dünyada enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir, yeni “yaşıl” tranzitlərin formalaşdırılması üçün səy göstərir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən qurur. Bunun reallaşması üçün isə Azərbaycan həm də fəal dialoq mühiti formalaşdırıb - ölkəmiz bu sahədə də görüş yerinə çevrilib - Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgiləri bunun bariz sübutudur.
Azərbaycanın davranışları diqqətlə izlənir...
Beləliklə, apardığı uğurlu siyasi xətt, yeni enerji siyasəti üzrə konturların dəqiqləşdirilməsi və ən əsası yeni trasformasiya dövrü üçün mühüm şərt sayılan “yaşıl enerji” dialoqunun aktivləşdirilməsi Azərbaycanı bütün dünyada diqqət mərkəzinə çıxarır. Təsadüfi deyil ki, artıq Azərbaycan fenomenal güc mərkəzi sayılan ölkələr üçün vazkeçilməz tərədaş kimi dəyərləndirilir. Məsələn, dünyada bu tip enerji sərgilərinin və ya konfranslarının sayı olduqca böyükdür - amma Azərbaycanın ev sahibliyi etdiyi Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinə olan diqqət və maraq daha fərqlidir. Bu maraq və diqqət bütün mənalarda özünü göstərir. Hətta ABŞ Prezidenti Cozef Baydenin bir həftə ərzində rəsmi Bakıya iki təbrik məktubu ünvanlaması və həmin məktublarda Azərbaycanla əməkdaşlığa verilən yüksək qiymət bunun bariz sübutudur. Vurğulandığı kimi, bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ prezidenti təbrik göndərir.
Təbrik məktubunda bildirilir: “Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.
Bütün bu detallar yeni mərhələdə Azərbaycanın dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən sadiq tərəfdaş, əhəmiyyətli strateji müttəfiq kimi xarakterizə olunmasının göstəricisidir. Amerika Birləşmiş Ştatları kimi mühüm geosiyasi gücün Azərbaycanın yürütdüyü enerji siyasətini dəstəkləməsi, regionda yaradılmış yeni enerji xəritəsində Azərbaycanın rolunu yüksək qiymətləndirməsi bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ortaya qoyduğu səylər bir daha beynəlxalq səviyyədə təsdiq və təqdir olunur. Beləliklə, Azərbaycanın mühüm bir coğrafiyada - Avropanın enerji təminatçılarından biri kimi çıxış etməklə bağlı qətiyyətli mövqeyi önə çəkilir və dəstəklənir.
Hər zaman müasir çağırışları nəzərə alan Azərbaycanın bu gün yaşıl enerji ixracatı üzrə ortaya qoyduğu səylər ABŞ-ın diqqətini cəlb edir - bu fakt məktubda açıq şəkildə özünü göstərir. Respublikamız dünyanın bir sıra dövlətləri üçün yeni enerji mənbəyi kimi maraq kəsb edir ki, bu da Azərbaycanla tərəfdaşlarının arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə layihələrin icrasına isə artıq start verilib. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə ilk böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürüləcək. “Yaşıl enerji” dəhlizinin yaradılması isə Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.
Baydenin erməni lobbisinə “cavabı”
Bu təbrik məktubları Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, iki ölkə arasındakı əlaqələrə zərər vurmaq istəyənlərə də yüksək səviyyəli bir cavabdır. Çünki Azərbaycanla ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olması, bu tərəfdaşlığın ildən-ilə güclənməsi, Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfə Ağ Ev rəhbərinin bütün məktublarında xüsusi xətlə keçir. Rəsmi Vaşinqton bir daha Cənubi Qafqaz da daxil olmaqla mühüm bir bölgədə formalaşan yeni iqtisadi-siyasi münasibətlər sistemində Azərbaycanın yerini xüsusi vurğulayır. ABŞ Prezidentinin məktubunda bildirilir ki, onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək.
Göründüyü kimi, bu, Azərbaycanın ABŞ tərəfindən regionun əsas güc mərkəzi kimi qəbul edilməsinin təsdiqidir. Təbii ki, bu da səbəbsiz deyil. Uzun illərdir çoxşaxəli əlaqələrə söykənən Azərbaycan-ABŞ münasibətlərində istər təhlükəsizlik seqmenti, istərsə də inklüziv əməkdaşlıq seqmenti mühüm şərtlər kimi çıxış edir. Xüsusilə son dövrlərdə Şərq-Qərb tranziti üzrə şaxələndirmənin gündəmə gətirilməsi Azərbaycanın yeni münasibətlər sistemində oynadığı rolu daha da böyüdür - təsadüfi deyil ki, bu addımlar hətta Mərkəzi Asiya, Kiçiki Asiya, Yaxın Orta Şərq, o cümlədən Ərəb dünyasının yeni transformasiyadakı iştirakına yol açıb.
İkitərəfli əlaqələrə yeni təkan imkanı...
Cozef Bayden məktubunda möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışladığını və COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusunda olduğunu önə çəkir. Əslində, bu fraza məktubun ən mühüm detallarından biri kimi diqqəti cəlb edir - ABŞ prezidenti Azərbaycanla əməkdaşlığa kölgə salmaq istəyən dairələrə, xüsusilə erməni lobbisinə cavab verir. Çünki Azərbaycan bütün dünyada güvənilən, etibarlı və sözübütöv tərəfdaş kimi şöhrət qazanıb. ABŞ-ın Azərbaycana yaxın tərəfdaş qismində münasibətlərə yeni təkan verməsi arzusunun ən əsas amillərindən biri Azərbaycanın hətta ən ağır günlərində belə beynəlxalq hüquqa, beynəlxalq ədalət prinsipinə əsaslanmasıdır. 30 ilə yaxın işğala məruz qalan ölkə olmasına baxmayaraq Azərbaycan hər zaman sülhü və ədaləti dəstəkləyib, beynəlxalq hüququn kodekslərindən kənara çıxmayıb. Azərbaycanla münasibətlərin inkişafı üçün isə bu amil olduqca vacibdir - rəsmi Bakı bütün məsələlərdə ədalət prinsipinin qorunmasının tərəfdarıdır. Bu mənada, ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək.
Beləliklə, ABŞ Prezidentinin bir həftə ərzində Bakıya ünvanladığı iki məktub Azərbaycan ilə rəsmi Vaşinqton arasındakı münasibətlərin yeni mərhələsini formalaşdırır. Bu həm də dialoqun çoxşaxəli müstəvidə formalaşma perspektivini, əməkdaşlıqların milli maraqlar çərçivəsində davam etdirilməsi üçün siyasi iradə də sayıla bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

