Türk birliyinin güclənməsi prosesində parlamentlərin rolu artır
08.06.2024 [10:20]
Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Türk birliyinin önəmi iyunun 6-da Bakıda keçirilən TÜRKPA-nın 13-cü Plenar İclasında da vurğulanıb. Tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, 13-cü plenar iclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub. Milli Məclisinin sədri Sahibə Qafarova bildirib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalacaq. Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən S.Qafarova bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir.
İclasda, həmçinin TÜRKPA-ya üzv dövlətlərin parlament rəhbərləri - Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, habelə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, təşkilatda müşahidəçi qismində təmsil olunan Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre və Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai çıxış ediblər.
Plenar iclasda iştirak edən türk əməkdaşlıq təşkilatlarının, TÜRKPA-da müşahidəçi statusuna malik təşkilatların, TÜRKPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və digər qurumların rəhbərlərinin və nümayəndələrinin də çıxışları dinlənilib. Belə ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kurbanbek Ömüraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru Kairat Sarıbay, TURKSOY Baş katibinin müavini Sait Yusuf, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Əli Əsgər Mohammadi Sicani, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (İOFS) baş direktoru Berik Arın, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Demirci, Manas Universitetinin Baş katibi Oktay Özgül fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, hazırda bütün dünyada “yaşıl enerji”yə keçid enerji siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı qlobal iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılmasında, qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynayır. Habelə bərpa olunan enerji sahəsində potensial imkanlardan, ekoloji cəhətdən təmiz enerji resurslarından səmərəli istifadə edilməsinin vacibliyindən bəhs edilib. “Yaşıl enerji”nin inkişafına diqqətin artırılması, “yaşıl enerji”dən istifadənin üstünlükləri barədə danışılıb. Qeyd olunub ki, bu, ənənəvi enerji resurslarından asılılığın azalmasına, ekoloji baxımdan müsbət nəticələrin əldə edilməsinə xidmət edəcək.
İclas iştirakçıları “yaşıl enerji”nin mahiyyəti, “yaşıl enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi, “yaşıl iqtisadiyyat” konsepsiyası barədə fikirlərini açıqlayıblar.
Müzakirələr zamanı cari ildə Azərbaycanda keçiriləcək COP29-un iqlim problemlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyəti xüsusi qeyd olunub.
İclasda təşkilati məsələlərə də baxılıb, TÜRKPA-nın komissiya sədrləri və sədr müavinləri, habelə Baş katibin müavini vəzifələrinə irəli sürülən namizədliklərə münasibət bildirilib. Tədbirdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının, Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, İqtisadi əməkdaşlıq komissiyasının, Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının hesabat məruzələri və tövsiyə qərarları qəbul edilib.
Sonra iclasda TÜRKPA tərəfindən hazırlanan bir sıra model qanunların layihələri, o cümlədən “Fərdi məlumatların qorunması haqqında”, “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında”, “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında”, “Ticarət nümayəndəlikləri haqqında”, “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” sənədlər təqdim edilib.
Qanun layihələri parlamentarilər tərəfindən müzakirə edildikdən sonra qəbul olunub. Bundan əlavə, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələri və tövsiyə qərarları dinlənilib.
Daha sonra iclas iştirakçılarına TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekunları barədə məlumat verilib. Parlamentarilər 2023-cü il aprelin 30-da Özbəkistanda Konstitusiya referendumu, 2023-cü il mayın 14-də Türkiyədə prezident seçkiləri və parlament ümumi seçkiləri, həmin il mayın 28-də prezident seçkilərinin ikinci turu, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarını qəbul ediblər.
Plenar iclasda, həmçinin 2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi təqdim edilib və qəbul olunub. Həmçinin Türk Dövlətləri Parlament Assambleyasının 14-cü Plenar iclasının 2025-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.
TÜRKPA-nın 13-cü Plenar iclasının yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı (yol xəritəsi) imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. İmzalanma mərasimində qeyd olunub ki, dost və qardaş ölkələrimiz, dövlət başçılarımız arasında mövcud yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada, imzalanan yol xəritəsinin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.
Sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.
Beləliklə, TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində keçirilən tədbirlər türk dövlətləri arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Türk birliyinin güclənməsi prosesində parlamentlərin rolu artır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

